Elman Abdullayev: “Snayperlərin geri çəkilməsinə nəzarət mexanizmi yoxdur”

Elman Abdullayev: “Snayperlərin geri çəkilməsinə nəzarət mexanizmi yoxdur”
SİYASƏT
09:30 17.03.2014
957

"Ermənistan sülhə məcbur edilməlidir, əks halda bu ölkə qeyri-konstruktivliyini davam etdirəcək".

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Ermənistan tərəfinin Azərbaycanın qoşunların təmas xəttindən snayperləri çəkməsi tələbinə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, Ermənistan qoşunları Azərbaycan ərazisindən çıxarıldığı və demilitarizasiya aparıldığı təqdirdə snayperlərlə bağlı bəhanələrə əsas qalmayacaq: "Həmsədrlər də bir şeyi dərk etməlidirlər ki, Ermənistan qarşısında konkret addımların atılması şərti qoyulmalıdır. Bəhanələrə üz çevrilməməlidir. Ermənistan tərəfinin bəhanələri münaqişənin həllinə mane olur".E. Abdullayev Ermənistanın müxtəlif bəhanələrlə, qeyri-konstruktiv yanaşmalarla dünya ictimaiyyətini aldatmağa çalışdığını bildirib: "Amma ortada konkret bir durum var, işğal, insanların öz tarixi torpaqlarından qovulması faktı var. Azərbaycanın daim təklifi ondan ibarət olub ki, hərtərəfli sülh sazişi imzalansın, buna əsasən də münaqişənin mərhələli həlli həyata keçirilsin. Təbi ki bu həll, Ermənistan silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazisindən çıxarılmaqla başlaya bilər. Belə olan halda Ermənistanın snayperlə bağlı bəhanələri də öz həllini tapmış olur".Nazirlik rəsmisi qeyd edib ki, münaqişənin mərhələli həlli ATƏT-in Minsk Qrupunun 2009-cu ildə irəli sürdüyü yenilənmiş Madrid prinsiplərində öz əksini tapıb. Rəsmi Bakı bu prinsiplərə əsaslanaraq münaqişənin həllini dəstəkləyir.Bu yaxınlarda Azərbaycan xarici işlər naziri Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüş keçirib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin son durumu müzakirə olunub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
16:58 27.07.2026
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
16:55 27.07.2026
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
16:39 27.07.2026
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
16:29 27.07.2026
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
16:18 27.07.2026
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
16:13 27.07.2026
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
Küləkli hava nə vaxta qədər davam edəcək?
16:06 27.07.2026
Küləkli hava nə vaxta qədər davam edəcək?
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
15:50 27.07.2026
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
15:23 27.07.2026
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
15:13 27.07.2026
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
15:08 27.07.2026
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
15:03 27.07.2026
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
14:53 27.07.2026
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
Türkiyədə işləmək istəyən azərbaycanlılar üçün yeni imkan – Əməkhaqqı və xərclər qarşılanacaq
14:31 27.07.2026
Türkiyədə işləmək istəyən azərbaycanlılar üçün yeni imkan – Əməkhaqqı və xərclər qarşılanacaq
Bu fənnin müəllimləri arasında ali təhsilsizlərin payı daha çoxdur – Səbəb nədir?
14:28 27.07.2026
Bu fənnin müəllimləri arasında ali təhsilsizlərin payı daha çoxdur – Səbəb nədir?
İşçilərə ən çox məzuniyyət verən ölkələr - SİYAHI
14:12 27.07.2026
İşçilərə ən çox məzuniyyət verən ölkələr - SİYAHI