Elman Nəsirov: “Gecə-gündüz etiraz edən o adamlar zəhmətdən uzaqdırlar, işləmək istəmirlər”

Elman Nəsirov: “Gecə-gündüz etiraz edən o adamlar zəhmətdən uzaqdırlar, işləmək istəmirlər”
SOSİAL
22:11 01.05.2021
468
"İcra başçıları həbs edilən rayonlarda bəzi insanlar öyrəşiblər, başçıya deyirlər ki, bizə 500-600 manat pul ver. Söyləyəndə ki, sənə niyə 500-600 manat pul verməliyəm, səbəb nədir? Deyir, səndən əvvəlki icra başçısı bizi dolandırırdı, hər ay pul verirdi. Yazırlar, şikayət edirlər. O demək deyil, həmin şəxslər qanunsuzluğa etiraz edirlər... Deyir, səndən yazacağam, pul ver...”.

AZXEBER.COM xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.

"Gənc icra başçılarından bir neçəsi mənə deyib ki, həmin şəxslərə bildirəndə ki, istəyirsənmi mən də həbs olunum? Deyir, yox, oğlum, istəmirəm, həbs olunasan. Axı mən sənə 500-600 manatı vermək üçün gərək talayam, rüşvət alam. Səni məşğulluq layihələrinə cəlb edək, mal-heyvan verək. Amma görürsən ki, öyrəşmiş insanlar var, zəhmətdən kənar qalıblar, istəmirlər. 
 
İnanın ki, hazırda usta axtarsanız, tapa bilməyəcəksiniz, hamısı işləyirlər, deyəcəklər ki, 10 gündən sonra mümkün ola bilər. O adamlar ki, gecə-gündüz etiraz edirlər, yazır-pozurlar, zəhmətdən uzaqdırlar, işləmək istəmirlər” – E.Nəsirov qeyd edib.

OXŞAR XƏBƏRLƏR