Elman Nəsirov: “Radikal müxalifət insanların bu virusa yoluxmasını və tibb sisteminin çökməsini istəyir”

SİYASƏT
14:01 26.06.2020
3224
Ölkə başçısı İlham Əliyev dünən Mingəçevirdə N saylı hərbi hissənin açılışı zamanı bir sıra mühüm məslələrə toxunub. 

O çıxışı zamanı radikal müxalifəti tənqid edərək, neftin qiymətinin düşməsinə sevinmələri haqda danışıb. 

Eyni zamanda Prezident deyib ki, 1992-ci ildə radikal qüvvələr hakimiyyətə gəlmək üçün Şuşa və Laçını Ermənistana verməklə xəyanətkar əməllərə əl atıb. 
 
Prezidentin çıxışını şərh edən Milli Məclisin deputatı Elman Nəsirov AZXEBER.COM-a açıqlamasında deyib ki, həmin şəxslər bu gün də eyni siyasəti yürüdür: 
 
"Dünən prezident İlham Əliyev N saylı hərbi hissənin açılışında ölkə əhəmiyyətli bir sıra məsələlərə diqqət ayırdı və xüsusilə də radikal müxalifətin 1990-cı illərin əvvəli və bugünkü reallığında davranışı ilə  bağlı məsələləri şərh etd. Və qeyd etdi ki, hələ 1992-ci ildə Şuşa və Laçının işğalı dönəmində onlar da öz rolunu oynadılar. Məqsədləri isə o idi ki, Şuşa və Laçın işğal olacağı təqdirdə o zamanki hakimiyyətin dayağı çökəcək və onlar hakimiyyəti zəbt edə biləcəklər. Buna görə də əllərindən gələn hər şeyi etdilər ki, alınmaz qala olan Şuşanın işğalı baş versin. Bu zaman da xəyanətkar və dönük rolunu oynadılar. 
 
Radikal müxalifət bu gün də öz ampluasındadır. Dünya neft bazarında 1 barel neftin qiymətinin enməsini özünü "Milli Şura kimi təqdim edən qurumlar necə şadyanalıqla qarşılayıb, sevinirlər. Onlar bilmirlər ki, neftin qiyməti düşəndə bu xalqın yaşayışında öz təsirini göstərəcək? 

Deməli dövlət və xalq üçün nə pisdirsə, bu onlar üçün əsas rol oynayır. Və bu nöqteyi nəzərdən də xalqımız görür ki, radikal müxalifət xalqın bu ağır pandemiya dönəmində insanların bu virusa yoluxmasını və Azərbaycan tibbinin çökməsini istəyir.  Onlar arzulayır ki, insanlar arasında itaətsizlik mühiti formalaşsın.

Deputat deyib ki, radikal qüvvələr ölkədə çaxnaşma yaratmaq üçün fürsət axtarır:

"Beləliklə də 1990-cı illərdəki kimi bulanıq suda balıq tuta bilsinlər. Bu vəziyyətdən istifadə edib hakimiyyət iddialarını həyata keçirmək istəsinlər. Ancaq bu dəfə ünvanı səhv salıblar. Bu gün sözün əsl mənasında səfərbər olmuş cəmiyyət var. Bu gün xalq-hakimiyyət, xalq-prezident birliyi ən yüksək səviyyədədir. 

Pandemiya dövründə bu birliyimiz özünü bir daha nümayiş etdirir. Ancaq təəssüf ki, məsuliyyət məsələlərində bir az boşluq var, bunun nəticəsi olaraq da hər gün virusa yoluxanların sayı artır. 

Ancaq  dövlətin ali rəhbərliyi proseslərə nəzarəti daim diqqətdə saxlayır və hər bir azərbaycan vətəndaşı məsuliyyət hissini ortaya qoyub, nizam-intizam nümayiş etdirsə, virusa qalib gələcəyik”.
 
Günel Hüseynli

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:44 13.07.2020

Azərbaycanda koronavirusa yoluxanların sayı 24 570 nəfər çatdı

16:35 13.07.2020

Azərbaycanda daha 527 nəfərdə koronavirus aşkarlandı - 7 nəfər vəfat etdi

16:21 13.07.2020

Mehriban Əliyeva: "Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaq"

16:10 13.07.2020

Müdafiə Nazirliyi yüksəkliyin ələ keçirilməsi barədə iddialara münasibət bildirdi

16:06 13.07.2020

Azxəbər-ə qarşı erməni təxribatı - FOTOFAKT

16:04 13.07.2020

Biləsuvarda şəhid baş leytenantla vida mərasimi başlayıb - FOTOLAR

15:37 13.07.2020

Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

15:21 13.07.2020

Şəhid atası: “Gözümün ağı-qarası bir oğlum vardı”

15:07 13.07.2020

Elmar Məmmədyarov Lavrovla telefonla danışdı

15:03 13.07.2020

Müdafiə Nazirliyi rəsmisi: “Ermənistan öz itkilərini gizlətməyə cəhd göstərir” - VİDEO

14:47 13.07.2020

Biznes və marketinq rəhbərləri üçün qlobal şirkətlərdən pulsuz təlim

14:44 13.07.2020

Bakıda kiçik toy məclisi təşkil edən şəxslər cəzalandırıldı

14:31 13.07.2020

Şəhid atasının yanında şəkil çəkdirən jurnalistdən - AÇIQLAMA

14:18 13.07.2020

Gənc deputat şəhid valideynlərə səsləndi: “Mən də sizin övladınızam”

14:13 13.07.2020

Çavuşoğlu: “Azərbaycan yalnız deyil, bütün imkanlarımızla yanındayıq!” - VİDEO

14:04 13.07.2020

Prezident: "Düşmənə yenidən öz yerini göstərəcəyik"