Elman Rüstəmov: Azərbaycan bank sektorunda vəziyyət sabitdir

İQTİSADİYYAT
18:05 08.05.2015
1636
AMB məlumat yaydı.
Azərbaycan bank sektorunda vəziyyət sabitdir, sektor kifayət qədər kapitallaşıb və kapital adekvatlığı yüksəkdir.
AZXEBER.COM xəbər verir ki, bu sözləri Mərkəzi Bankın sədri Elman Rüstəmov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Sumo Çakrabarti ilə görüşdə səsləndirib.
Elman Rüstəmov bildirib ki, AYİB ilə Ölkə üzrə Strategiyasında qeyri-neft sektorunun inkişafına xüsusi önəm verilməli, bu sahədə maliyyələşmə və sərmayələrin həcmi artırılmalıdır.
Öz növbəsində, AYİB prezidenti ölkədə hazırkı sosial-iqtisadi inkişaf strategiyasının realizasiyasında hökumətlə AYİB arasında sıx əməkdaşlığın vacibliyini vurğuladı.
AYİB-in Ölkə üzrə Strategiyası çərçivəsində ölkədə qeyri – neft sektorunun inkişafı ilə bağlı bank sektoruna dəstəyini gücləndirilməsi, Azərbaycanda bu günə qədər həyata keçirdiyi layihələr, maliyyə institutları ilə sıx əməkdaşlıq və gələcəkdə yeni layihələrin həyata keçirilməsində əməkdaşlıq imkanları barədə məlumat verildi.

OXŞAR XƏBƏRLƏR