Elman Rüstəmov ictimai nəqliyyatda qiymət artımından danışdı

TOP4
12:06 01.08.2018
5700
"Avtobus və metroda qiymət artımının inflyasiyaya yüksəldici təsiri olacaq".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov keçirilən mətbuat konfransı zamanı deyib.
 
Sədr "Lakin biz düşünmürük ki, bu artım inflyasiyanın 6-7%-lik hədəf təsirindən kənarlaşdıra bilər" - deyə bildirib.
 
E.Rüstəmov əlavə edib ki, bütövlükdə qiymət dəyişikliyi bu sektorda fəaliyyətlə məşğul olan biznes qurumaların fəaliyyətini tənzimləmək istiqamətində atılan addımlar kimi qiymətləndirmək lazımdır: "Bu sektorda fəaliyyət göstərən qurumların maliyyə sağlamlığı təqdim etdiyi xidmətlərin keyfiyyəti ilə birbaşa bağıldır".

OXŞAR XƏBƏRLƏR