Elman Rüstəmovdan manatın ucuzlaşması ilə bağlı – AÇIQLAMA

İQTİSADİYYAT
17:52 17.03.2015
3493
Mərkəzi Bankın sədri Elman Rüstəmov manatın ucuzlaşması məsələsinə aydınlıq gətirib. 
Trend-in məlumatına görə, E.Rüstəmov manatın devalivasiyasını neftin ucuzlaşması ilə əlaqələndirib.
Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı
E.Rüstəmov 2008-ci ildə də neftin qiymətinin ucuzlaşmasına toxunub.
Mərkəzi Bankın qeyd edib ki, o zaman manatın sabitliyi təmin edildi: “O zaman biz manatın sabitliyini təmin etdik. Biz təxminən 1 milyard manat sərf edərək manatın sabitliyini saxladıq. O zaman neftin qısa zamanda qiyməti sabitləşdi və biz xərclədiyimiz vəsaiti geri qaytara bildik”.
E.Rüstəmov qeyd edib ki, 2014-cü ildən bəri neftin qiymətinin iki dəfə ucuzlaşması yeni bir fenomendir. O qeyd edib ki, ekspertlərin, beynəlxalq investisiya təşkilatlarının qiymətləndirməsinə görə bu ucuzlaşma 80-cı illərin əvvəlində baş vermiş ucuzlaçmadı: “Həm ekspertlərin, həm beynəlxalq inmvestisiya banklarının proqnozuna görə, neftin ucuzlaşması hələ davam edəcək”.

OXŞAR XƏBƏRLƏR