Elman Rüstəmovun səlahiyyətləri alınır - MƏQSƏD

Elman Rüstəmovun səlahiyyətləri alınır - MƏQSƏD
SOSİAL
13:22 22.04.2017
6573
Vüqar Bayramov: "Məqsəd maliyyələşmə ilə nəzarətin bir qurumda cəmləşməsinə nail olmaqdır”

Azərbaycan Mərkəzi Bankından kredit təşkilatlarına məqsədli kreditlərin verilməsi səlahiyyəti alınır. Bununla bağlı "Azərbaycan Respublikasının Mərkəzi Bankı” haqqında qanuna dəyişiklik edilir. Dəyişikliyə əsasən qanundan 49-1 maddəsi çıxarılır. Hazırda qüvvədə olan maddə aşağıdakı kimidir:

"Kredit təşkilatlarına məqsədli kreditlərin verilməsi 49-1.1. Mərkəzi Bank sosial-iqtisadi əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, habelə iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin təmin edilməsi məqsədilə dövlət zəmanəti əsasında banklara məqsədli kreditlər verə bilər. Belə kreditlərin forma, qayda və şərtlərini Mərkəzi Bankın İdarə Heyəti müəyyən edir. 

49-1.2. Məqsədli kredit üzrə borc öhdəliyinin dövlət zəmanəti hesabına həyata keçirilməsi zərurəti yarandıqda və bu öhdəliyin tam və ya bir hissəsinin icrası Mərkəzi Bankın razılığı ilə dövlətin buraxdığı borc qiymətli kağızları ilə həyata keçirildikdə, Mərkəzi Bank emissiya şərtlərinə uyğun olaraq həmin qiymətli kağızları ilkin bazarda əldə edir". Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 25-də müzakirəyə çıxarılacaq.

Maraqlıdır, məqsədli kreditləşmə Mərkəzi Bankdan alınırsa, həmin funksiyanı hansı qurum yerinə yetirəcək?

İqtisadçı-alim Vüqar Bayramov "Cümhuriyət” qəzetinə bildirib ki, məqsədli kreditləşmə funksiyasının Mərkəzi Bankda saxlanması daha məqsədəuyğun olardı:

"Çünki Mərkəzi Bank həm maliyyə resurslarının cəlb edilməsi, həm də köçürülməsi baxımından prosesdə daha aktiv iştirak edir. Bu kontekstdən maliyyələşmə məsələlərində Mərkəzi Bankın mövqeyinin qorunub saxlanması məqsədəuyğun olardı. Orada digər məsələ onunla bağlı idi ki, maliyyələşmə Mərkəzi Bankdan gəlirdi, amma hesabatlılıq, banklar məhz Maliyyə Bazarlarına Hesablama Palatası qarşısındadır. Bu da ikili prinsip formalaşdırır. Böyük ehtimalla burada məqsəd maliyyələşmə ilə nəzarətin bir qurumda cəmləşməsinə nail olmaqdır. Bütün hallarda düşünürəm ki, maliyyə bankın maliyyələşmə prosesində iştirakın nəzərə alaraq daha effektli olardı ki, məqsədli maliyyələşmə funksiyaları Mərkəzi Bankın özündə saxlanılsın. Əgər məqsədli kreditləşmə Mərkəzi Bankdan alınırsa, alternativ olaraq həmin funksiyanı Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsi ehtimalı daha yüksəkdir. Çünki son dövrlər Mərkəzi Bankdan alınan punksiyalar Maliyyə Bazarlarına Nəzarət Palatasına verilib”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
06:06 15.08.2025
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
04:01 15.08.2025
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər