Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişənin həlli prosesinə başlıca maneədən danışıb

Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişənin həlli prosesinə başlıca maneədən danışıb
SİYASƏT
11:00 17.07.2015
1010

Xarici işlər naziri Elmar Məmmədyarov ADA Universitetində enerji məsələləri üzrə 9-cu Bakı Yay Məktəbinin iştirakçıları üçün mühazirə ilə çıxış edib.

AZXEBER.COM XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, E. Məmmədyarov ADA Universiteti tərəfindən təşkil olunan Yay Məktəbində Azərbaycanın xarici və enerji siyasəti barədə mühazirə ilə çıxış edib.

Nazir ölkəmizin xüsusilə son on il ərzində siyasi, iqtisadi, sosial və digər sahələrdə əldə etdiyi nailiyyətləri, Azərbaycanın xarici siyasətinin prioritet istiqamətləri, ikitərəfli və çoxtərəfli əsasda Azərbaycanın dünya birliyi ilə əlaqələri, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycan ərazilərinin 20 faizinin işğalı, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında məlumat verib.

E. Məmmədyarov Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğunun münaqişənin həlli prosesində başlıca maneə olduğunu deyib. O əlavə edib ki, münaqişənin həllinə nail olmaq üçün ilk növbədə Ermənistanın silahlı qüvvələri işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmalıdır.

BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin işğalçı qüvvələrin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini diqqətə çatdıran E. Məmmədyarov, bu mövqenin ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar tərəfindən də dəstəkləndiyini bildirib.

Bu xüsusda, Avropa İnsan Hüquqları Məhkəməsinin “Çiraqov və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərarında Ermənitsanın işğalçı tərəf kimi bir daha tanındığı qeyd edib.

Azərbaycanın nəqliyyat və enerji strategiyasının inkişafından danışaraq, E. Məmmədyarov Bakı-Tbilisi-Qars dəmir yol xətti və Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin əhəmiyyətini diqqətə çatdırıb. Həmçinin, Azərbaycanın zəngin milli təcrübə əsasında qlobal səviyyədə mədəniyyətlər və dinlərarası dialoq prosesinə töhfə verdiyi qeyd edib.

Mühazirə əsnasında nazir E. Məmmədyarov iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Afrika Fransanın müstəmləkə mirasını şəhər xəritələrindən silir
12:43 24.05.2025
Afrika Fransanın müstəmləkə mirasını şəhər xəritələrindən silir
Azərbaycan millisinin baş məşqçisi: "Səviyyə baxımından biz İngiltərədən daha yaxşıyıq"
12:33 24.05.2025
Azərbaycan millisinin baş məşqçisi: "Səviyyə baxımından biz İngiltərədən daha yaxşıyıq"
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət etdi
12:19 24.05.2025
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət etdi
Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanıldı
11:59 24.05.2025
Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanıldı
Bəzi rayonlarda leysan yağır - FAKTİKİ HAVA
11:44 24.05.2025
Bəzi rayonlarda leysan yağır - FAKTİKİ HAVA
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlandı
11:35 24.05.2025
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlandı
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq
11:16 24.05.2025
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
11:04 24.05.2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
10:51 24.05.2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
10:34 24.05.2025
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
10:26 24.05.2025
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
10:10 24.05.2025
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
09:53 24.05.2025
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
23:48 23.05.2025
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
23:31 23.05.2025
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
23:17 23.05.2025
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı