Elmar Məmmədyarov İsrailin müdafiə naziri ilə görüşdü

Elmar Məmmədyarov İsrailin müdafiə naziri ilə görüşdü
00:39 03.02.2013
750

Tərəflər Yaxın Şərqdə və Cənubi Qafqazda cərəyan edən prosesləri müzakirə ediblər

Fevralın 2-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində İsrailin müdafiə naziri Ehud Barakla görüşüb. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılıb və əlaqələrin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Tərəflər ikitərəfli münasibətlərin inkişafında maraqlı olduqlarını qeyd ediblər. Görüşdə həmçinin enerji layihələri, Yaxın Şərqdə və Cənubi Qafqazda cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR