Xarici işlər naziri Elmar Məmmədyarov Küveyt Dövlətinin Azərbaycana yeni təyin olunmuş səfiri Səud Əbdüləziz Məhəmməd Əl-Şamlan Əl-Rumini qəbul edib.
AZXEBER.COM XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, səfir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.Nazir Səud Əbdüləziz Məhəmməd Əl-Şamlan Əl-Rumini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.Görüşdə son illər ərzində iki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə olunub və mövcud əməkdaşlığın, xüsusilə iqtisadi əlaqələrin inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.Səfir diplomatik fəaliyyəti müddətində iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.