Elmar Məmmədyarov Qoşulmama Hərəkatının nazirlər görüşündə çıxış etdi

Elmar Məmmədyarov Qoşulmama Hərəkatının nazirlər görüşündə çıxış etdi
Siyasət
12:45 29.05.2014
1247
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Əlcəzairdə keçirilən 17-ci Nazirlər Görüşündə çıxış edib.
XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, E. Məmmədyarov çıxışında deyib ki, Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra dövlətlərin ikinci ən böyük qrupu olaraq beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması və regional təhlükəsizlikdən başlayaraq sosial və iqtisadi inkişafa qədər çoxsaylı məsələlərin həllində əhəmiyyətli rol oynayır:
“Biz həyəcanla beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanılmasında xroniki uğursuzluğun bəzi işarələrini müşahidə edirik. Beynəlxalq birliyin bəzi aktyorlarının beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş norma və prinsiplərinə məhəl qoymaması ciddi narahatlıq yaradır. Bunun əksi olaraq Qoşulmama Hərəkatı ədalətin və beynəlxalq münasibətlərdə qanunun aliliyinin həqiqi müdafiəçisi qismində çıxış edir. Ən əsası odur ki, beynəlxalq hüquq imtiyaz deyil, zərurətdir. Beynəlxalq nizamın əsas elementlərinə təsir etməkdə davam edən, milli birliyi, ərazi bütövlüyünü və dövlətlərin stabilliyini pozan əsas təhdid və çağırışlara qarşı vahid yanaşmanı təmin etmək və onları həll etmək üçün daha böyük səylər lazımdır. Beynəlxalq birliyin dövlətlərinin mütləq əksəriyyətini təşkil edən Qoşulmama Hərəkatı beynəlxalq hüququ, BMT Nizamnaməsinin ruhunu və mətnini tam dəstəkləyir. Onun ədaləti təmin etmək üçün əsas missiyası suveren xalqların hüquq və azadlıqlarına açıq-aydın təhdidlər olduğu hallarda xüsusilə əvəzedilməzdir”.
Nazir bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatının prinsip və məqsədlərinə xüsusi əhəmiyyət verir: “Azərbaycan müstəqil xarici siyasət həyata keçirərək və hər hansı hərbi alyansa qoşulmamaqla beynəlxalq norma və prinsiplərin qorunub saxlanılması, demokratikləşmənin inkişafı, milli və beynəlxalq səviyyədə insan hüquqlarına hörmət və sosial ədalət üçün davamlı addımlar atır. Mən, həmçinin Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü və suverenliyi çərçivəsində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Yekun Sənəddə əks olunmuş Qoşulmama Hərəkatına üzv dövlətlərin dəstəyinə görə təşəkkürümü bildirmək istəyirəm. BMT Təhlükəsizlik Şurasının qətnamələri Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, şərtsiz və tam çıxarılmasını birmənalı şəkildə tələb edir. Bu kontekstdə, Qoşulmama Hərəkatına üzv dövlətlərin çağırışı onların Ermənistan tərəfindən həyata keçirilmiş məlum təcavüz aktı, işğal, etnik təmizləmə, qaçqın və məcburi köçkünlərin hüquqlarının kobud şəkildə pozulmasına qarşı çıxış etməsində həmrəyliyin bariz nümunəsidir. Əminik ki, bizim buradakı görüşümüz və onun nəticəsində qəbul olunacaq yekun sənəd hərəkatın prinsip və məqsədlərinin gücləndirilməsinə xidmət edəcək. Ümumi məsuliyyətimiz üçün böyük əhəmiyyət kəsb edən sülh, təhlükəsizlik, ədalət və çiçəklənmə naminə Azərbaycan Qoşulmama Hərəkatının işini dəstəkləmək və irəli aparmaq üçün səylərini əsirgəməyəcək”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kapital Bank-dan yeni kredit kampaniyası: 6000 AZN götür, aylıq 190 AZN ödə
15:08 25.08.2025
Kapital Bank-dan yeni kredit kampaniyası: 6000 AZN götür, aylıq 190 AZN ödə
Yol verməyən sürücünün avtomobilini təpiklə vuraraq əzdi - Həbs edildi - VİDEO
14:55 25.08.2025
Yol verməyən sürücünün avtomobilini təpiklə vuraraq əzdi - Həbs edildi - VİDEO
Netanyahu: Hücumlar davam edəcək
14:44 25.08.2025
Netanyahu: Hücumlar davam edəcək
Polşada dövlət sirrini yayan eks-nazir və müşavir ifşa edildi - Həbs oluna bilərlər
14:38 25.08.2025
Polşada dövlət sirrini yayan eks-nazir və müşavir ifşa edildi - Həbs oluna bilərlər
Ağdamda itkin düşən qız tapıldı
14:31 25.08.2025
Ağdamda itkin düşən qız tapıldı
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
14:21 25.08.2025
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
14:15 25.08.2025
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
14:13 25.08.2025
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
14:10 25.08.2025
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
14:05 25.08.2025
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
13:44 25.08.2025
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
13:13 25.08.2025
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
13:12 25.08.2025
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
13:10 25.08.2025
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
13:02 25.08.2025
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
13:00 25.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi