Nazir Elmar Məmmədyarov 15-16 sentyabr tarixlərində Rumıniyaya rəsmi səfəri çərçivəsində 15 sentyabr tarixində Rumıniyanın prezidenti Trayan Basesku ilə görüşüb.AZXEBER.COM-un Xarici İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, görüş zamanı nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin salamlarını Rumıniya prezidentinə çatdırıb.Rumıniya prezidenti Trayan Basesku salamlara görə təşəkkürünü ifadə edərək, onun da ən səmimi salamlarının və arzularının Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib.