Elmar Məmmədyarov: 'Təəssüf ki, münaqişənin başa çatdığını söyləyə bilmirik'

Elmar Məmmədyarov:
18:17 05.06.2012
1549
“Təəssüf ki, münaqişənin başa çatdığını söyləyə bilmirik. Biz həmişə danışıqlar prosesinin bütün həssas hissəsinə anlayışla yanaşmışıq və həmişə demişik ki, bu cür mürəkkəb münaqişəni bir gecəyə həll etmək mümkün deyil. Buna görə də münaqişənin mərhələli şəkildə həllinə tərəfdarıq”.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün qoşunlarının təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində 5 Azərbaycan hərbçisinin şəhid olması ilə bağlı sualı belə cavablandırıb. “İyunun 18-də nazirlər səviyyəsində keçiriləcək görüşdə biz öz tərəfimizdən Ermənistan tərəfi başa salmağa çalışacağıq ki, mövcud pat vəziyyəti real deyil və bu situasiyanın nəticəsi olaraq qoşunların təmas xəttində gənc insanlar ölür. Bu məsələ ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycana səfəri zamanı da müzakirə olunacaq”.Elmar Məmmədyarov həmçinin qarşılıqlı notaların verilməsi, iki vətəndaşımızın İranda saxlanması kimi halların Azərbaycan-İran münasibətlərinə təsirini dəyərləndirib. Elmar Məmmədyarov bildirib ki, iki ölkə arasında gərginliyini yaranmasının günahkarı Azərbaycan deyil: “Bunu dəyərləndirmək çətindir, münasibətlərin gərginləşməsində günahkar biz deyilik. İranla Azərbaycan arasında min illərlə mövcud olan dərin münasibətləri nəzərə alsaq, biz həmişə normal, dinc qonşuluq münasibətlərinə tərəfdar olmuşuq”. /APA/
OXŞAR XƏBƏRLƏR