Elmar Məmmədyarovun karyerası təhlükədə - XİN-ə sıçrayan "MTN işi"

Elmar Məmmədyarovun karyerası təhlükədə - XİN-ə sıçrayan "MTN işi"
SİYASƏT
12:01 06.01.2016
2487
Xarici İşlər Nazirliyi xərclərə qənaət edilməsi üçün Azərbaycanın bəzi xarici ölkələrdəki diplomatik nümayəndəliklərini və ticarət ofislərini bağlayacaq.Məlumatlara görə, XİN artıq müvafiq siyahı hazırlayıb və tezliklə bir neçə ölkədə konsulluqlar, ticarət nümayəndəlikləri bağlanacaq. Bunların arasında Azərbaycanın Uruqvay, Kolumbiya və Kubadakı səfirlikləri, ticarət nümayəndəlikləri, Genuya, Livan, Bratislava, Xarkovdakı fəxri konsulluqlar, habelə Amerikanın Santa-Fe şəhərindəki fəxri konsulluq yer alacaq. Azərbaycan hökuməti hər il bu nümayəndəliklərin saxlanılmasına milyonlarla dollar xərcləyirdi.“Yeni Müsavat” qəzetinin yazdığına görə, məlum olub ki, Azərbaycanın Tailand, Oman, İraq və Əfqanıstandakı səfirliklərinin açılması “daha yaxşı zamanlara” təxirə salınıb. Azərbaycanın bu ölkələrə təyin olunmuş səfirləri var, ancaq onlar qonşu ölkələrdə mənzilləniblər.Bəs qeyd olunan ölkə və şəhərlərdə diplomatik nümayəndəliklərin bağlanması Azərbaycanın xarici siyasət sahəsində hansısa problemlərlə üzləşməsinə gətirib çıxara bilərmi?Keçmiş səfir Hikmət Hacızadə hesab edir ki, bir sıra diplomatik nümayəndəliklərimiz və konsulluqlarımız ixtisara salınacaqsa, bu addım düzgün addım olacaq: “Həqiqətən, bəzi diplomatik nümayəndəliklər və konsulluqlar ixtisara düşməlidir. Çünki mənasız yerə çoxlu sayda nümayəndəliklər, konsulluqlar açılıb. Onların saxlanması ölkəyə mənasız maliyyə itkisindən başqa bir şey deyil. Latın Amerikasına aid bir sıra ölkə və şəhərlərdə, Afrikanın bir sıra yerlərində diplomatik nümayəndəlik bizim nəyimizə lazımdır axı? Onların ixtisara salınması Azərbaycanın xarici siyasətdə geriləməsinə gətirib çıxarası və bizə zərər vurası deyil. Mənasız ştatlardan başqa şey deyillər və ona görə də ixtisar olunmalıdır. Bu ağır maliyyə böhranı dövründə Azərbaycana əhəmiyyətsiz nümayəndəliklər lazım deyil. Onlar büdcəyə əlavə yükdürlər. Xarici İşlər Nazirliyində böhran yarandığı ilə bağlı isə mənim məlumatım yoxdur. Mən ancaq mediadan eşidirəm ki, filan səfir istefaya getdi, filan səfirliyin işçisi qaçdı, filan səfir bəyanat verdi”.Qeyd edək ki, 2015-ci ilin mayından Xarici İşlər Nazirliyi, nazir Elmar Məmmədyarovla bağlı ziddiyyətli proseslər müşahidə edilir. May ayında səfir Arif Məmmədovun nazirliyi və hakimiyyəti sərt tənqid etməsindən sonra başlanan proses “diplomat qiyamı” kimi qiymətləndirilirdi. Xeyli vaxtdır başlanan proses artıq 10-a yaxın diplomatın vəzifədən getməsi və Elmar Məmmədyarova qarşı çıxması ilə nəticələnib. Son olaraq bir neçə gün öncə keçmiş xarici işlər naziri, sabiq səfir Tofiq Zülfüqarov Xarici İşlər Nazirliyində böhran yaşandığını bəyan edib və Elmar Məmmədyarovu suçlayıb.Elmar Məmmədyarovun fəaliyyətindən Prezident Administrasiyasında da narazılığın olduğu bildirilir. “MTN işi”nin bir çox dövlət qurumları ilə yanaşı, diplomatik korpusa da sıçradığı bildirilir. Oktyabrın 17-də Eldar Mahmudov nazir vəzifəsindən çıxarılandan sonra aydın oldu ki, əksər dövlət qurumlarında onunla bu və ya digər formada ilişkiləri olan vəzifəlilər var. E.Mahmudov tutduğu postdan qovulandan sonra onun Xarici İşlər Nazirliyində də geniş “kadr bazası” olduğu haqda məlumatlar yayılmışdı.İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədov da bu məlumatları dolayısı ilə təsdiqləyən açıqlama vermişdi. Bildirmişdi ki, Eldar Mahmudovun vəzifədən azad edilməsindən sonra səfirliklərdə çalışan MTN əməkdaşlarının bir qismi vətənə dönməyəcək. Qəzertin əldə etdiyi son məlumata görə, bir neçə gün əvvəl prezident İlham Əliyevin sərəncamı ilə geri çağırılan səfirlər sırasında da E.Mahmudovla ilişkilərə malik diplomatlar olub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib