Elmar Məmmədyarovun Rusiyaya səfəri başlayır

SİYASƏT
10:26 20.05.2013
1851
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Rusiyaya rəsmi səfərə gedəcək.AZXEBER.COM-un Rusiya XİN-ə istinadən yaydığı məlumata görə, iki gün davam edəcək səfər çərçivəsində Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrovla görüşü nəzərdə tutulur. Nazirlər ikitərəfli münasibətlərin, beynəlxalq və regional problemlərin geniş spektrini əhatə edən məsələləri müzakirə edəcəklər.XİN başçıları xarici siyasət sferasında fəaliyyətin koordinasiya edilməsi məsələlərinə də toxunacaqlar.Səfər çərçivəsində Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında 2013-2014-cü illəri əhatə edən məsləhətləşmələr planı imzalanacaq.

OXŞAR XƏBƏRLƏR