Elmar Qasımov da uduzdu

İDMAN
15:41 02.08.2012
2124
Bu gün XXX London Yay olimpiadasında sonuncu cüdoçumuz tatami üzərinə çıxıb.AZXEBER.COM-un məlumatına görə, Elmar Qasımov 100 kq çəki dərəcəsində qüvvəsini sınayıb.Mübarizəyə 1/16 finaldan start verən E.Qasımov bu mərhələdə qazaxıstanlı cüdoçu Maksim Rakovla qarşılaşıb. Həmin görüş Bakı vaxtı ilə saat 13:30-da başlayıb. Görüşə yaxşı başlayan E.Qasımov yuka xalı ilə önə keçib. Bu üstünlüyünü sonadək qoruyan cüdoçumuz 1/8 finala yüksəlib.Artıq təmsilçimizin növbəti mərhələdəki rəqibi də bəlli olub. E.Qasımov 1/8 finalda gürcüstanlı Levan Jorjoliani ilə üz-üzə gəlib. Həmin görüş Bakı vaxtı ilə saat 14:33-də başlayıb.E.Qasımovun aktivliyi rəqibə iki xəbərdarlıqla nəticələnib ki, bu da sonda cüdoçumuza qələbə qazandırıb. Bu qələbə sayəsində Elmar 1/4 finala yüksəlib. Təmsilçimiz bu mərhələdə Cənubi Koreya cüdoçusu, 2003-cü ildə dünya çempionu olmuş Hvang Hi Ti ilə qarşılaşıb. Qarşılaşma Bakı vaxtı ilə saat 15:29-da başlanıb.Lakin rəqib yuka balı ilə hesabda önə keçib. Koreyalı cüdoçu artıq daha bir yuka balı qazanıb. Qarşılaşmada dönüş yarada bilməyən Elmar rəqibinə uduzub. Lakin Qasımov təsəlliverici görüşdə mübarizə aparacaq.

OXŞAR XƏBƏRLƏR