Bu gün London Olimpiadasında sonuncu Azərbaycan cüdoçusu tatamiyə çıxıb. Apasport.az saytının məlumatına görə, ən ağır çəki dərəcəsindəki təmsilçimiz Elmar Qasımov (100 kq) mübarizəyə 1/16 finaldan başlayıb.Onun rəqibi qazaxıstanlı Maksim Rakov olub. Görüşə daha yaxşı başlayan Qasımov yuko fəndi tətbiq etməklə, qələbə qazanıb. Onu növbəti mərhələdə Daniel Bratanı (Rumıniya) məğlub edən Levan Jorjoliani (Gürcüstan) ilə sınaq gözləyir.Amma bu qələbə Elmara asan başa gəlməyib. O, qazaxıstanlı rəqibi ilə görüşün sonunda ayağından zədə alıb.