Elmar Vəliyev BMT nümayəndəsi ilə görüşdü

SİYASƏT
17:42 23.06.2014
1302

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncədə işgüzar səfərdə olan BMT-nin Rezident Əlaqələndiricisi və BMT İnkişaf Proqramının Rezident Nümayəndəsi Antonius Brukla görüşüb. Görüşdə ikitərəfli əlaqələr müzakirə edilib.

AZXEBER.COM-a daxil olan məlumata görə, Elmar Vəliyev qonaqları şəhərdə görməkdən məmnunluq hissi duyduğunu qeyd edib. Həmçinin Elmar Vəliyev BMT ilə Azərbaycan əlaqələrinin önəmindən və əhəmiyyətindən danışıb.İcra başçısı bildirib ki, Azərbaycan höküməti BMT ilə hər zaman qarşılıqlı əlaqələrin qurulmasında və inişafında maraqlı olub. 

Tədbirin sonunda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən səfirə nəfis tərtibatda hazırlanmış Nizami Gəncəvinin ingilis dilinə tərcümə edilmiş “Xəmsə”- si və digər xatirə hədiyləri təqdim edilib.

OXŞAR XƏBƏRLƏR