Elmar Vəliyev: 'Gəncədə əhali arasında heç bir narazılıq yoxdur'

SİYASƏT
19:00 15.05.2013
2897

Azərbaycanın min illik tarixə malik şəhərində həyata keçirilən quruculuq və abadlıq tədbirləri, yeni istehsal müəssisələrinin yaradılması, sakinlərin məşğulluğunun təmini istiqamətində görülən işlər, bütün bunların bəzi qəzetlərdə fərqli əksi və sair barədə “Kaspi”nin suallarını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev cavablandırır.

– Elmar müəllim, son illər Gəncədə aparılan genişmiqyaslı quruculuq və abadlıq işləri bu qədim şəhərin simasını müsbətə doğru xeyli dəyişib. Bilmək olarmı, şəhərin inkişafı üçün gələcək illərdə daha hansı layihələr reallaşdırılacaq?

– Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin reallaşması nəticəsində ölkənin bütün bölgələri kimi Gəncə şəhəri də sosial-iqtisadi inkişaf istiqamətində böyük uğurlar qazanıb, şəhərdə tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıbdır. Nizami Gəncəvi muzeyinin, Uşaq yaradıcılıq və Məhsəti Gəncəvi adına mərkəzlərin, Gəncə Dövlət Filarmoniyasının tikintisi sürətləndirilib. Hazırda Heydər Əliyevin adını daşıyan parkda da əsaslı tikinti-bərpa işləri aparılır. Ulu öndər Heydər Əliyevin adının əbədiləşdirilməsi və siyasi kursunun öyrənilməsi məqsədilə Heydər Əliyev parkında Heydər Əliyev Mərkəzinin inşasına başlanılıb. Mərkəz üçmərtəbəli, ümumi sahəsi 7500 kvadratmetrdən ibarət olacaqdır. Burada eni 20, uzunluğu 50 metr, girişdə hündürlüyü 43 metr olan “Zəfər tağı” da inşa ediləcəkdir. Bunlarla yanaşı, Mərkəzdə müxtəlif dekorativ və sosial tikililər də inşa ediləcək. Parkın girəcəyindən Heydər Əliyev Mərkəzinə qədər olan ərazidə 32 ədəd xüsusi memarlıq üslubunda fəvvarə düzəldiləcəkdir. Eyni zamanda süni gölün yaradılacağı “Disneyland” əyləncə mərkəzlərinin, istirahət guşələrinin tikintisi də nəzərdə tutulub. Tikinti zamanı müasir texnologiyadan, yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunur ki, bu da gələcəkdə binanın xarici və daxili görünüşünü daha da cəlbedici edəcəkdir. Bunlarla yanaşı, məhz cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşların Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində Gəncə şəhərində fəaliyyət göstərəcək “ASAN xidmət” mərkəzinin tikintisinin bu ilin sentyabr ayında istifadəyə verilməsi nəzərdə tutulub. Gəncəçayın şəhər ərazisindən keçən hissəsində isə sahilboyu bərkitmə işlərinin aparılması və çayın məcrasının yenidən qurulması davam etdirilir. Çayın sağ hissəsində ilkin olaraq 1,2 kilometr uzunluğunda salınacaq parkda yeni infrastruktur layihələr həyata keçiriləcək ki, bu da şəhərin qədim görkəminə yeni bir müasirlik gətirəcəkdir. Eyni zamanda, dövlət başçısının imzaladığı Sərəncam əsasında 65 min nəfər əhalinin yaşadığı 5 yaşayış qəsəbəsini Gəncə şəhəri ilə birləşdirən 21 kilometr olan avtomobil yollarının tikintisi davam etdirilir. Məhsəti, Natəvan və Şıxzamanlı qəsəbələrində inşa edilib istismara verilmiş yollar da əsaslı şəkildə yenidən qurulub, yeni işıqlandırıcı sistemlər quraşdırılıbdır. Bakı istiqamətində şəhərin giriş hissəsində 3 mərtəbəli yeni Beynəlxalq avtovağzalın inşası da sürətləndirilib. Bundan başqa ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə göstərilən xidmətin səviyyəsini yüksəltmək məqsədilə 100 yeni müasir dayanacaq quraşdırılıb və Gəncədə bu işlər indi də davam etdirilir. İkinci Dövlət Proqramı çərçivəsində isə Yeni Gəncə yaşayış massivində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 9 mərtəbəli 81 mənzilli yaşayış binasının tikintisinə hazırlıq işləri aparılır. Şəhərimizdəki “Şəhidlər” memorial kompleksi indi insanların ziyarət yerinə çevrilib. Burada 49 naməlum şəhid olmaqla, 369 şəhidin uyuduğu məzar vahid formada, qara mərmərdən düzəldilib, onların şərəfinə 22 metr hündürlüyündə, 9,2 metr diametrdə 8 guşəli əzəmətli monumental abidə ucaldılıbdır. Görülən işlərin davamı olaraq, şəhər ərazisində məskunlaşmış məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə Gəncə-Bakı avtomobil yolunun sağ tərəfində 25 hektar sahədə yaşayış şəhərciyinin salınmasına başlanılıb.

– Böyük şəhərlərin əsas problemlərindən biri də rəqabətə davamlı yeni müəssisələrin, fabrik və zavodların yaradılması, sakinlərin məşğulluğunun təmin edilməsidir. Gəncə şəhərində bu istiqamətdə hansı tədbirlər həyata keçirilib və daha nə kimi işlərin görülməsi planlaşdırılıb?

– Məlumat üçün bildirim ki, möhtərəm prezidentimiz, cənab İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilmiş “Gəncə DET AL” MMC-nin Alüminium zavodunun ildə 50 min ton alüminium istehsal edəcək ikinci fazasının inşası davam etdirilir. Zavod ən yüksək texnoloji, ekoloji və keyfiyyət standartlarına cavab verir. “Gəncə-Qənnadı” ASC-nin Süd emalı zavodunda, “Elba Kəsim və Emal Fabrikası” MMC-də, həmçinin “İnter-Pak” MMC-də aparılan əsaslı təmir və bərpa işləri də davam etdirilir. Eləcə də “Gəncə Şərab-2” ASC-də, “Gəncə Əlvan Metal emalı” ASC müəssisələrində son tamamlama işləri aparılır. Bu yeni istehsal sahələri əmtəəlik məhsulun artımına, yeni iş yerlərinin yaradılmasına imkan verəcəkdir. Müdafiə Sənayesi Nazirliyinin Maşınqayırma zavodunda da “Palıd-G” obyektinin ən müasir tələblər səviyyəsində yenidən qurulmasına başlanılıb. Bu yaxınlarda “Neon” firmasında gündəlik istehsal gücü 25 ton olan ən müasir Çörək zavodu istifadəyə verilib və 50-yə qədər sakin daimi iş yeri ilə təmin olunubdur. Adları qeyd olunan müəssisələrin yenidən qurulması və istehsal sahələrinin genişləndirilməsi gələcəkdə məhsul istehsalının artımına və yeni iş yerlərinin yaradılmasına imkan yaradacaqdır. Bu da qeyd edilməlidir ki, şəhərdə yaranan iqtisadi sabitlik və əlverişli investisiya mühitindən məqsədyönlü yararlanan investorlar şəhər üzrə qoyulmuş sərmayələrin 15,6 faizini sənayeyə yönəldiblər. Təkcə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı II Dövlət Proqramı”nda Gəncə şəhəri üzrə nəzərdə tutulan tədbirlərin icrası bu ilin 3 ayı ərzində 1066 yeni, o cümlədən 957 daimi iş yerinin açılmasına imkan yaradıb. Bütün bunlar isə onu deməyə əsas verir ki, Gəncə sözün həqiqi mənasında genişmiqyaslı quruculuq işləri ilə simasını gündən-günə yeniləşdirir, gözəlləşdirir.

– Elmar müəllim, Siz Gəncədə həyata keçirilən tədbirlərdən geniş söhbət açdınız, görülən işlərdən danışdınız. Ancaq nədənsə bəzi kütləvi informasiya vasitələrində bütün bunlar barədə heç də yaxşı təəssürat yaradılmır, abadlıq zamanı şəhərin tarixiliyinin qorunmadığı, icra hakimiyyəti ilə yerli əhali arasında narazılığın olduğu və sair barədə məlumatlar yer alır. Sizcə, buna səbəb nədir?

– Səbəb aydındır. Gəncəyə gəlmədən, Gəncəni görmədən Gəncə haqqında yazmaq nə dərəcədə doğrudur? Əgər həmin mətbu orqanların nümayəndələri kimdənsə eşitdiklərini deyil, gördüklərini yazsa, obyektivlik nəzərə alınmış olar. Əlbəttə, söhbət faktların dürüstlüyünü dəqiq yoxlamaqdan gedir və bu, hər bir media mənsubunun ümdə vəzifəsi olmalıdır. Oxucuya obyektiv və dürüst məlumat çatdırmaq o zaman mümkün olur ki, vəziyyət yerindəcə araşdırılsın. Gəncə haqqında yazan müəlliflərin əksəriyyəti ilə heç zaman görüşüm, söhbətim olmayıb. Belə olan təqdirdə bu qədər hay-küy yaratmağın bir cavabı var – qərəz. Qərəzlə yanaşmanın isə heç vaxt müsbət tərəfi olmur. Bu günlərdə “Yeni Müsavat” qəzetində dərc olunan yazılar və söylənilən ittihamlar da əsassız və yersizdir. Tam əminliklə deyə bilərəm ki, mənim barəmdə yazılanlar hansısa jurnalistin uydurmasıdır və heç bir fakta əsaslanmır. Azərbaycanda söz və mətbuat azadlığı mövcuddur. Kim nə istəyirsə, onu sərbəst şəkildə deyə və ya yaza bilir. Odur ki, bu qəbildən olan yazılara indiyədək əhəmiyyət verməmişəm. Ölkə başçısının tapşırıq və göstərişlərini əqidəmə uyğun olaraq vicdanla, dəqiq yerinə yetirmişəm. Görülən işlərin hamısı yazıda göstərildiyi kimi deyil, insanlarla canlı ünsiyyət, bir-birini anlamaq, səmimiyyət və mehribanlıq şəraitində həyata keçirilib. Hər zaman görüşlərimdə, işimdə şəhər sakinlərindən böyük dəstək almışam. Bu mənə əlavə bir stimul verib. Əgər mənə qarşı müxalifət mətbuatında bu cür böhtan xarakterli yazılar və kampaniyalar davam edərsə, o zaman məhkəməyə müraciət etməli olacağam. Qoy ədalət məhkəməsi hər şeyi araşdırsın və həqiqəti üzə çıxarsın.

– Gəncədə yerli televiziya və media qurumlarına qarşı təzyiqlərin olması barədə məlumatlar da mətbuatda yer almaqdadır. Söylənilənlər həqiqəti əks etdirirmi?

– Qətiyyən belə deyil. Əksinə, media qurumlarına qayğı var. Onların probleminə köməklik göstərilir. Hazırda “Kəpəz” teleradio şirkəti ən müasir avadanlıqlarla təchiz olunub, yeni inzibati binaya köçübdür. Televiziya efir məkanında yayım keyfiyyətinin yüksəldilməsi üçün ən müasir avadanlıqlarla da təchiz olunubdur. Kollektivlə çox mehriban və işgüzar əlaqələrimiz var. Bundan başqa, iki şəhər qəzeti – “Gəncənin səsi” və “Novosti Qyandji” iki il bundan əvvələ qədər demək olar ki, oxucularla görüşmək imkanına malik deyildilər. “Gəncənin səsi” qəzeti 500, “Novosti Qyandji” qəzeti 200 tirajla çap olunurdu. Redaksiyaların vəziyyəti, iş şəraiti olduqca acınacaqlı idi. İndi isə “Gəncənin səsi” 5 min, “Novosti Gyandji” min tirajla çıxır. Həm də rəngli və böyük formatda. Hər iki redaksiyanın tam təmirli iş otaqları var. Jurnalistlər lazım olan kifayət qədər texniki vasitələrlə təmin olunublar. Məncə sualınıza kifayət qədər aydınlıq gətirdim. Ümumiyyətlə, yerli televiziya və media qurumlarına qarşı heç bir təzyiqdən və ayrıseçkilikdən söhbət gedə bilməz. Hər kəs öz işində tam sərbəstdir. Bütün bunlar mediaya və televiziyaya qayğıdan xəbər vermirmi? Qayğı isə həm insanlara, həm də onlarla əməkdaşlıq edən hər kəsə uğurlar gətirər.

– Bir neçə gündür ki, bəzi mətbuat orqanlarında fəaliyyətinizlə bağlı yazıların dərc edilməsindən sonra, sizə yaxın şəxslərin qəzetlərə zəng edərək yazarları təhdid etməsi barədə məlumatlar yayılır. İcra başçısı kimi haqqınızda söylənilənlərə, eləcə də son hadisəyə münasibətinizi də öyrənmək istərdik.

– Bu da növbəti yalanların başqa bir formasıdır. Məqsədli surətdə yayılan bu xəbərlərə bir cavabım var: Bu gün Cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, doğma vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər ulu öndər Heydər Əliyevin əsasını qoyduğu yolun davamından başqa cür qiymətləndirilə bilməz. Mən özümü bu müqəddəs yolun, bu müqəddəs ideyanın əsgəri hesab edirəm. Haqqımda söylənilən heç bir yalan, yanlış məni məqsədimdən, əqidəmdən döndərə, onun üzərinə kölgə sala bilməz. Gəncədə əhali arasında heç bir narazılıq yoxdur. Hər kəs öz işi ilə məşğuldur. Gəncəlilər cənab Prezidentimizin uğurlu siyasətini bütövlüklə dəstəkləyir və buna xidmət edən işlər görürlər. Qarşıdan gələn prezident seçkilərində də bütün gəncəlilər Prezidentimiz İlham Əliyevə səs verəcəklər. Buna tam əminəm.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir