Elmar Vəliyev İtaliyada rəsmi səfərdə olub

SİYASƏT
12:23 01.07.2013
2188

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev icra hakimiyyəti başçısının müavini Naqif Həmzəyev, Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin direktoru Fuad Əliyev və Gəncə Şəhər Səhiyyəidarəsinin rəisi Mehman Rzayevdən ibarət nümayəndə heyəti ilə birgə İtaliyanın Turin şəhərində işgüzar səfərdə olub.

İcra hakimiyyətindən AZXEBER.COM-a verilən məlumata görə, böyük mehribanlıq və qonaq pərvərliklə qarşılanan Gəncənin nümayəndə heyəti ilə Turin şəhərinin meri Piero Fassini arasında rəsmi görüş keçirilib. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və İtaliyanın Turin şəhərinin meri Piero Fassini rəhbərlik etdikləri şəhərlər haqqında ətraflı məlumat vermiş, tarixi baxımdan oxşar olan Gəncəilə Turin arasında əməkdaşlıq üçün müxtəlif təkliflərlə çıxış etmiş, istər mədəni, istərsə də iqtisadi baxımdan əlaqələrin genişləndirilməsinin zəruriliyindən danışmış, fikir mübadiləsi aparıblar. Elmar Vəliyev çox əsrlik tarixə malik olan Gəncə şəhərinin Azərbaycanın qədim mədəniyyət, iqtisadiyyat, elm, sənaye və ticarət mərkəzi olduğunu bildirərək Turin şəhəri iləəməkdaşlıq üçün geniş potensial imkanlar olduğunu diqqətə çatdırıb.

Bir neçə ilə əvvəl odlar yurdu Azərbaycanın paytaxtı Bakıda olduğunu xatırladan mer Piero Fassini şəhərin tarixi, infrastrukturu, mədəniyyəti və digər sahələri ilə yaxından tanış olduğunu və bundan məmnun qaldığını söyləyib.

Görüş zamanı Elmar Vəliyev xatirə olaraq Piero Fassiniyə üzərində dahi Azərbaycan şairəsi Məhsəti Gəncəvinin portreti olan xalça və Gəncəni əks etdirən bir neçə xatirə hədiyyəsi təqdim edir.Turin şəhərinin meri də öz növbəsində İtaliyanın bu qədim şəhərini əks etdirən kitablar hədiyyə edib.

Görüş zamanı xatirə şəkli çəkilmiş, sonra Gəncənin nümayəndə heyəti şəhərin texnoparkında və bir sıra sənaye müəssisələrində olmuşlar.

OXŞAR XƏBƏRLƏR