"Elmar Vəliyev hazırda həkim nəzarəti altında olduğundan onu dindirə bilməmişik. Hadisə ilə bağlı hələlik hər hansı bir versiya üzərində dayanılmır. Dindirmədən sonra bəlli olacaq”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri Gununsesi.info-ya açıqlamasında Gəncə şəhər prokuroru Fazil Həsənəliyev icra başçısına sui-qəsd cinayəti barədə danışarkən deyib. Prokurorun sözlərinə görə, cinayət işi açılıb, əməliyyat istintaq tədbirləri davam edir: "Bu barədə ictimaiyyətə Baş Prokurorluqdan məlumat veriləcək”.