Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı iyul ayının 2-də təşkil olunan sui-qəsd planı Yunis Səfərovun ikinci cəhdi olub.
AZXEBER.COM xəbər verir ki, bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, Y. Səfərov 2017-ci ildə İrandan Azərbaycana qayıdaraq Gəncə şəhərinə gedib. Həmin ilin iyun ayında odlu silah əldə etmək üçün "Kapitalbank"ın Gəncə filialında postda duran polis əməkdaşına hücum edib, başına küt alətlə xəsarət yetirərək "Makarov" markalı xidməti tapançasını ələ keçirib.
Bundan sonra, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi öldürmək məqsədilə 2018-ci ilin yanvar ayında Elmar Vəliyevi izləmiş, şübhəli davranışı polis əməkdaşının diqqətini cəlb etdiyindən həmin tapançadan atəş açaraq onu yaralayıb hadisə yerindən qaçmışdır.