Elmar Vəliyevin güllələnməsinə görə daha 3 nəfər həbs edildi - RƏSMİ

Elmar Vəliyevin güllələnməsinə görə daha 3 nəfər həbs edildi - RƏSMİ
SOSİAL
15:55 06.07.2018
5116
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin güllələnməsi hadisəsi ilə bağlı yaydığı məlumatda bu fakt terror kimi qiymətləndirilib.

AZXEBER.COM xəbər verir ki, rəsmi məlumatda Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayətin məqsədyönlü şəkildə həyata keçirilən əvvəlcədən planlaşdırılmış terror aktı olduğu bildirilib. 

Araşdırmalar göstərmişdir ki, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarı ilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olmuşdur. Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Yunis Səfərovla birgə cinayətin hazırlanmasında iştirak edən mütəşəkkil cinayətkar dəstənin üzvlərindən daha 3 nəfər tutulmuşdur. Bu cinayətkar dəstənin digər üzvlərinin müəyyən edilib məsuliyyətə cəlb olunması üçün tədbirlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR