Elmi araşdırma: 100 yaşa qədər yaşamağın sirri məlum oldu

Elmi araşdırma: 100 yaşa qədər yaşamağın sirri məlum oldu
DÜNYA
14:55 11.10.2023
281
İsveçli tədqiqatçılar uzun yaşamağın sirrini nəhayət ki, kəşf etdiklərini və bunun insanın qanında gizləndiyini açıqlayıblar.

AZXEBER.COM xəbər verir ki, 100 yaşına çatmış insanlar üzərində aparılan araşdırmaya görə, 60 yaşdan başlayaraq müayinə edilən yüzillik yaşlıların qan şəkərinin daha qısa ömürlü həmyaşıdlarına nisbətən daha aşağı olduğu müəyyən edilib.

İsveçli tədqiqatçılar 60 yaşdan yuxarı 44 min insandan qan nümunələri götürüblər, onlardan yüzlərləsi 100 yaşı tamam olub.

Aparılan təhlillər nəticəsində məlum olub ki, həmin şəxslərin qanında şəkər səviyyəsi aşağı, həmçinin böyrək və qaraciyər funksiyaları daha sağlam olub.

Ayşən
OXŞAR XƏBƏRLƏR