Elmi Cərrahiyə İnstitutuna yeni direktor təyin olundu

Elmi Cərrahiyə İnstitutuna yeni direktor təyin olundu
SOSİAL
10:42 14.05.2018
3731
M.Topçubaşov adına Elmi Cərrahiyə İnstitutuna yeni direktor təyin olunub.

AZXEBER.COM xəbər verir ki, məlumatı report-a təsdiqləyən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova deyib ki, bu vəzifəyə Ağayev Rauf Maqsud oğlu təyin edilib.

Nazirlik rəsmisi bildirib ki, bununla bağlı səhiyyə naziri Oqtay Şirəliyev müvafiq əmr imzalayıb.

Qeyd edək ki,R.Ağayev əvvəllər Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında direktorun müalicə işləri üzrə müavini-baş həkim vəzifəsində çalışıb.

Xatırladaq ki,  institutun əvvəlki direktoru, akademik Böyükkişi Ağa oğlu Ağayev aprelin 4-də 90 yaşında vəfat edib.
OXŞAR XƏBƏRLƏR