Elmi fantastika gerçək olur — Alimlər ölmüş hüceyrələri dilitdi

Elmi fantastika gerçək olur — Alimlər ölmüş hüceyrələri dilitdi
10:32 14.03.2026
164
Almaniyanın Erlangen-Nürnberq Universitetində aparılan tədqiqatlar dondurulmuş beyin toxumasının bərpası sahəsində əhəmiyyətli nəticələr göstərib. Tədqiqatçılar siçan beyninin hipokampus nahiyəsindən götürülmüş nümunələri −196 dərəcədə donduraraq sonra yenidən canlandırmağı bacarıblar.

AZXEBER.COM xəbər verir ki, buz kristallarının hüceyrələrə zərər verməsinin qarşısını almaq üçün vitrifikasiya metodu tətbiq olunub. Bu üsul toxumanın sürətlə soyudulmasını təmin edir, nəticədə maye kristallaşmaq əvəzinə şüşəyəbənzər hala keçir və neyronların strukturu qorunur.

Sınaqlar göstərib ki, maye azotda bir həftəyə qədər saxlanılan nümunələr saniyədə 80 dərəcə sürətlə qızdırıldıqda hüceyrə membranları və mitoxondrilər sağlam qalır. Ən önəmlisi isə neyronların elektrik stimullaşdırılmasına reaksiya verməsi olub, bu da onların funksional aktivliyinin bərpa olunduğunu göstərir. Həmçinin, sinaptik əlaqələrin güclənməsi müşahidə edilib ki, bu da yaddaş və öyrənmə mexanizmlərinin qorunub saxlanıldığını təsdiqləyir.

Alimlər bildirirlər ki, bu texnologiya hələ insanlar üçün tətbiq oluna bilməsə də, orqan transplantasiyasında saxlanma müddətini artırmaq və ağır beyin zədələrində toxumaların qorunması üçün yeni müalicə üsullarının hazırlanması baxımından perspektivlər açır. Ekspert Mrituncay Kotari deyib ki, bu tərəqqi elmi fantastikanı reallığa yaxınlaşdırır.
 
/Demokrat.az
OXŞAR XƏBƏRLƏR