Elmi təcrübə: Çinli professorunu beynini dondurdular, 500 il sonra...

Elmi təcrübə: Çinli professorunu beynini dondurdular, 500 il sonra...
DÜNYA
12:33 13.02.2024
146
Dünyada ölən onlarla insanın cansız bədənləri gələcək texnoloji inkişaflarla diriləcəkləri düşüncəsi ilə dondurulub. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Çinin ən mühüm filosoflarından olan Li Zehounun da beynini dondurduğu və 500 ildən sonra əriməsini istədiyi ortaya çıxıb.

2021-ci ildə dünyasını dəyişən Çinin ən tanınmış filosoflarından olan Li Zehounun beyninin donduğu bildirilib.

Çin mətbuatında çıxan xəbərlərə görə, sürgündə yaşadığı ABŞ-də vəfat edən Li həyatı boyu milli mədəniyyətin beyinə təsirlərini araşdırıb və bu mövzuda araşdırmalar üçün beyninin dondurulmasını istəyib. Əsərlərində Çin və Qərb fəlsəfələri arasında əlaqə yaratmağa çalışan məşhur ad beynin fərqli düşüncə tərzinin mədəni fərqlilikləri tətiklədiyinə inanırdı.

Müxalif fikirlərinə görə bir vaxtlar ölkəsində qadağan olunmuş fiqurlar arasında olan Li 91 yaşında ölməzdən əvvəl nəzəriyyəsini dəstəkləyən dəlil tapmaq üçün beyninin dondurulmasını və müayinə olunmasını istəyib.

Çinli akademik beynini dondurmaq üçün 80 min dollar ödəyib. Beyninin sirlərinin gələcək texnoloji inkişaflarla ortaya çıxacağını düşünən Li beyninin 500 il dondurulmasını istəyib.

London Kral Kollecinin professoru Klayv Koenin sözlərinə görə, dünyanın ən mürəkkəb obyekti olan beyin donmuş olsa belə, oksigen çatışmazlığından sinirlərin ölümünün qarşısı alına bilməz.

Ayşən
OXŞAR XƏBƏRLƏR