Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna direktor və müavin təyin edildi

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna direktor və müavin təyin edildi
SOSİAL
10:17 13.01.2023
106
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna (ETTBİ) direktor təyin edilib. Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, Sədaqət Qənbər qızı Hüseynova ETTBİ-nin direktor vəzifəsinə təyin olunub.

Bu barədə AZXEBER.COM-a Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Səhiyyə nazirinin digər əmri ilə Rəhimə Ramiz qızı Məmmədova Elmi-Tədqiqat İnstitutunun direktorun müavini - baş həkim vəzifəsinə təyin olunub.
OXŞAR XƏBƏRLƏR