Elmir Murquzovdan "Ey pul" şeiri

KÖŞƏ
08:24 23.03.2011
6356


Bəzən gedərdin sən itin birinə,
Ya da bir alçağın çirkli əlinə,
Bir yetim uşağın cırıq cibinə
Həsrətlə kənardan baxardın ey pul.

Bir insan atardı səni götürüb,
Narkotik satardı səni götürüb,
Qadınlar alardı səni götürüb,
Onlarla bərabər azardın ey pul.

Bir ata üzünə qüssə çökərdi,
Səni tapmayanda için yeyərdi,
Yolunu gözləyən evdə kədərli
Gözü yaşlı körpə qoyardın ey pul.

Dilin olsa idi alışıb yanan,
Ehtiyac üzündən evləri yaran,
Yolunda nəslini dostunu satan,
Yüzlərlə insanı sayardın ey pul.

Bəzən insan kimi yolunu azıb,
Birinə diriykən sən qəbir qazıb,
Dahi bir şəxsiyyət adını alıb,
Sonrasa yox olub batardın ey pul.

Gedərdin gah gicə gah da ki səyə,
Qıraqdan səssizcə baxardıq sənə,
Bütün gün leş kimi yatan gədəyə,
Qiyməti həmin an yazardın ey pul.

Kiminə aylarla düşmən olardın,
Kiminin yanında daim qalardın,
Elmirə can deyən dostlar tapardın,
Gedərkən canları alardın ey pul...

7 mart 2011 Elmir Murquzov

 

OXŞAR XƏBƏRLƏR