Elmir Vəliyev beynəlxalq konfransda çıxış edib

Elmir Vəliyev beynəlxalq konfransda çıxış edib
GƏNCLİK
10:40 19.06.2014
1842

Konfrans Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin Büro iclası çərçivəsində reallaşıb.

Ədliyyə nazirinin müavini Vilayət Zahirov ölkəmizdə milli insan hüquqları gününə təsadüf edən konfransın keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib.

Konqresin prezidenti Herviq Van Staa təmsil etdiyi qurumun builki prioritetlərindən birinin məhz gənclər siyasəti ilə bağlı olduğunu bildirib, yerli demokratiyanın gücləndirilməsində gənclərinin rolunun artırılmasının vacibliyini önə çəkib, bu sahədə təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə demokratik cəmiyyətin inkişafında, gənclərin ictimai-siyasi həyatda fəal iştirakını, öz potensialından səmərəli istifadə etmələri üçün əlverişli şəraitin yaradıldığını bildirib.

Sonra konfransda "Fundamental sosial hüquqlara gənclərin çıxış imkanlarının yaxşılaşdırılması: təhsil və təlim - məşğulluq - səhiyyə - yaşayış" və "İctimai həyatda gənclərin iştirakı: demokratiyaya gənclərin cəlb olunması" mövzusunda müzakirələrlə davam edib.

“Gəncə Avropa Gənclər Paytaxtı- 2016” Gənclər İctimai Birliyinin sədri Elmir Vəliyev konfransdakı çıxışında bu gün müasir Azərbaycanda həyata keçirilən islahatlardan, qəbul olunmuş dövlət proqramlarının icrasında gənclər fəal iştirakından söhbət açıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin sayəsində ölkədə gənclərə diqqət və qayğı göstərilməklə, həm də dövlət səviyyəsində məqsədyönlü gənclər siyasətinin əsası qoyuldu. Azərbaycan xalqının mənafeyinə əsaslanan bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət siyasətinin prioritet sahələrindən olan dövlət gənclər siyasəti Respublikanın ayrı-ayrı regionlarında olduğu kimi, 4000 il yaşı olan Azərbaycanın ikinci böyük şəhəri Gəncədə də uğurla icra olunmaqdadır. Bu gün Şəhərdə 8 ali və orta ixtisas təhsili müəssisəsi vardır. Şəhərdə 8 Tələbə Gənclər Təşkilatı, 7 Gənclər Qeyri Hökumət Təşkilatı fəaliyyət göstərir. Bu təşkilatlar şəhərdə həyata keçirilən bir sıra yerli və beynəlxalq tədbirlərdə fəal iştirak edirlər. Bu gün gənclər siyasəti Gəncə şəhər İcra Hakimiyyətinin gündəlik fəaliyyətində olmaqla, daim diqqət mərkəzində saxlanılır.

2011-ci ildən bu günə kimi  şəhərdə gənclər sahəsi üzrə 340-dan artıq yerli və beynəlxalq səviyyəli tədbirlər həyata keçirilib ki, həmin tədbirlərdə minlərlə gənc iştirak edib. Keçirilən beynəlxalq tədbirlərdə iştirak etmək üçün bu gün Avropanın müxtəlif ölkələrindən yüzlərlə gənc Gəncəyə səfər edir, onun mədəniyyəti, tarixi ilə yaxından tanış olurlar.

Gənclər sahəsində aparılan işlərin uğurlu nəticəsi idi ki, Gəncə şəhəri 2012-ci ildə Azərbaycanın ilk Gənclər Paytaxtı seçilib.

Bu gün  isə Gəncə Avropa 2016-cı il üçün Gənclər Paytaxtıdır. Artıq Avropa Gənclər Paytaxtı layihəsində qalib gəlmiş paytaxt şəhərlərin şəbəkəsi yaradılmaqdadır. Gəncə şəhəri “Avropa Gənclər Paytaxtı 2016” seçildiyi gündən etibarən bu şəbəkənin bütün görüşlərində aktiv iştirak edir. Bu gün Azərbaycan gəncliyi onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirir, dövlət və xalq qarşısında öz vəzifə və məsuliyyətini yaxşı dərk edir.

Konfransda Böyük Britaniya, Avstriya, İsveç, Belçika, Rusiya və Ukraynanın qanunverici və yerliözünüidarə orqanlarının rəhbərləri, yüksək ixtisaslı beynəlxalq mütəxəssislər, müxtəlif dövlət orqanlarının nümayəndələri, bələdiyyə assosiasiyalarının sədrləri, gənclər təşkilatlarının nümayəndələri, gənc bələdiyyə sədrləri və üzvləri iştirak ediblər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək