Elmir Vəliyevin məqaləsi avropa jurnalında - FOTOLAR

SİYASƏT
09:53 02.02.2015
3770

“Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin sədri Elmir Vəliyevin məqaləsi avropanın aparıcı “Diplomatiya və Mədəniyyət” jurnalında çap olunub. AZXEBER.COMxəbərə verir ki, məqalədəGəncə şəhərinin 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı seçilməsininölkəmiz və şəhərimiz üçün çox böyük uğur, eyni zamanda böyük məsuliyyətolduğu vurğulanır. 2016-cı il üçün hazırlıq mərhələsindəfəaliyyətproqramınınəsasən ən aktual olan 5 sahəni-təhsil, gənclərin məşğulluğu, könüllülük, sosial rifah və gənclərin cəmiyyətdə fəal iştirakı məsələlərini əhatə etdiyi bildirilir. Layihənin icrası zamanı ictimaiyyətin geniş iştirakını təmin etmək üçün müxtəlif işçi qrupları və nəzarət şuraları yaradıldığından bəhs edilir.

Qeyd edək ki, Gəncə şəhəri 2012-ci ildə Azərbaycanın ilk “Gənclər Paytaxtı”, 2013-cü ildə isə 2016-cı il Avropa Gənclər Paytaxtı seçilib.

OXŞAR XƏBƏRLƏR