“Elmira Axundova dedi ki, pulu qəpiyinə kimi qaytaracaq”

“Elmira Axundova dedi ki, pulu qəpiyinə kimi qaytaracaq”
SOSİAL
13:28 26.07.2018
3620

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində deputat Elmira Axundovanın oğlu Həbib Axundova və digər şəxslərə pul "atmaqda” təqsirləndirilən Elnur İbrahimovun məhkəməsi keçirilib.

AZXEBER.COM "qafqazinfo"ya istinadən xəbər verir ki, hakim Rahib Salmanovun icraatında olan prosesdə zərərçəkmiş Fərman Məmmədov yenidən sualları cavablandırıb. O bildirib ki, 575 min pul verib: "Həbibin göstərişi ilə Elnura 140 min verdim, 435 min də Həbibin özünə vermişəm. Onun anası Elmira Axundova isə mənə cəmi 250 min qaytarıb. Elmira xanım demişdi ki, tenderdə Elnur qalib gəlib, çünki Həbibin işlərini Elnur görəcəkdi. Elmira xanımla bir neçə dəfə danışmışdım, mənə demişdi ki, pulumu qəpiyinə kimi qaytaracaq. Həbib bu biznes işində piramida qurdu, səsyazısında da hər şeyi özünün etdiyini etiraf edib”.

İttihama görə, E.İbrahimov zərərçəkmişlər - Elvin Vəliyev, Fərman Məmmədov və digər şəxslərdən biznes qurmaq adı ilə təxminən 1 milyon manat alaraq dələduzluq yolu ilə mənimsəyib.

OXŞAR XƏBƏRLƏR