Elnarə Abdullayeva danışdı: Polis tərəfindən saxlanılmamışam

Elnarə Abdullayeva danışdı: Polis tərəfindən saxlanılmamışam
SOSİAL
15:41 27.08.2020
1968
"Polis tərəfindən saxlanılmamışam, narahat olmayın".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında əməkdar artist Elnarə Abdullayeva deyib.
 
O deyib ki, çəkilişi zamanı anlaşılmazlıq olub: "Mən saxlanılmamışam, televiziyanın çəkilişi zamanı anlaşılmazlıq olub və aradan qalxıb. Mənlik bir şey yoxdur, narahat olmayın".
  
Layihə rəhbəri Ceyhun Qəşəm də AZXEBER.COM-a açıqlamasında anlaşılmazlığın aradan qalxdığını deyib: 

"Xəbər saytlarında əməkdar artist, muğam ustası Elnarə Abdullayevanın polis bölməsinə aparılması ilə bağlı verilən məlumat ilə əlaqədar onu bildiririk ki, Elnarə xanım polis əməkdaşları tərəfindən saxlanılmayıb, heç bir karantin qaydalarını pozma hadisəsi də baş verməyib. 

"CEO MEDİA"  və "3 BUCAQ MEDİA"-nın birgə layihəsi olan verilişin çəkilişi üçün Şamaxıya gedən çəkiliş qrupunun postdan keçidində texniki məsələlərdən qaynaqlanan anlaşılmazlıq baş verib və məsələ aydınlaşdırılaraq həllini tapıb. Hazırda sosial izolyasiya və karantin qaydalarını  qorumaqla verilişin çəkilişi davam edir”.
 
Qeyd edək ki, bu gün bəzi KİV-lər Əməkdar artist, muğam ustası Elnarə Abdullayeva karantin qaydalarını pozduğuna görə post-patrul xidməti əməkdaşları tərəfindən saxlanıldığını yazıb. Məlumata görə, hadisə Bakı-Şamaxı yolundakı Pirəkəşkül postunda baş verib. Belə ki, əməkdar artist Şamaxıya getmək istəyərkən, polis əməkdaşları tərəfindən saxlanılaraq, bölməyə aparılıb.


 
Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR