Müğənni Elnarə Xəlilova yeni beynəlxalq layihədə təmsil olunacaq.
AZXEBER.COM xəbər verir ki, TRT Avaz telekanalının hazırladığı layihənin məqsədi Türk Dünyasının tanıdılmasıdır. Layihə çərçivəsində “Avaz” adlı Türk Dünyasının birliyini əks etdirən mahnı yazılıb. Mahnının ifası üçün hər bir Türk xalqını təmsil edən müğənni seçilib. Təşkilatçılar Azərbaycanın siması üçün Elnarəni seçiblər.
Bir neçə gündən sonar yaradıcı heyət klip çəklişləri üçün Bakıya gələcək. Bakının müxtəlif tarixi məkanlarında Elnarə üçün klip lentə alınacaq. Klip və mahnı TRT Avaz və bütün Türk xalqlarının telekanallarında yayımlanacaq, eləcə də radio dalğalarında səslənəcək.