Elnarə FHN-də tibb bacısı işləyirmiş - VİDEO

MAQAZİN
19:15 19.11.2021
504
Müğənni Elnarə Xəlilova Fövqəladə Hallar Nazirliyində tibb bacısı kimi çalışdığını açıqlayıb.  

Sənətçi bu barədə qonaq olduğu "Səhər Mərkəzi" proqramında məlumat verib.  O qeyd edib ki, bir müddətdir sözügedən nazirlikdə işləyir:

"Hərbiyə gəlməyim birdən oldu. Özüm də bilmədim necə baş verdi. Gördüm ki, hərbçiyəm. Həyatda heç nə təsadüflə olmur. Hamı deyir ki, birdən-birə necə Baş leytenant rütbəsi aldın? Sosial şəbəkələrdə müzakirə edirlər, özümə də deyirlər. Mən də izah edirəm ki, bu rütbələri elə-belə adama vermirlər. Mən iki universitet bitirmişəm. Azərbaycan Dillər Universitetini bitirmişəm. Fövqəladə Hallar Nazirliyində tibb bacısıyam. 2004-cü ildən bu günə qədər təmənnasız hərbi xidmətdə olmuşam. Hara çağırıblarsa, getmişəm". 

Həmçinin, ifaçı həyat yoldaşı Rövşən Cahangirovla da hərbi hissədə tanış olduğunu bildirib:

"Evlənməmişdən öncə hərbi hissələrə səfərlər edirdim. Cəbhə bölgəsində, Ağdamda, Füzulidə Murovdağda olmuşdum. Elə bir zona yoxdu ki, ora getməyim. Həyat yoldaşımla da Zaqatalada bir hərbi hissədə təsadüfən rastlaşdıq. O, orada veriliş çəkirdi, mən də əsgərlərimiz üçün konsert verirdim. Mən onu, o da məni tanıyırdı. Amma o bir az dəyişib, kökəlmişdi. Hətta dedim ki, niyə belə böyümüsən. Hər şey ondan sonra başladı"
 
///Olay
 

OXŞAR XƏBƏRLƏR