Müğənni Elnarə Xəlilova bir zamanlar eyni qrupda çıxış etdiyi, indi isə küsülü olduğu həmkarı Səidə Sultanla bağlı sualları cavabsız qoyub.
AZXEBER.COM xəbər verir ki, RTV-nin suallaını cavablandıran Xəlilova Səidədən
danışaraq onu reklam etmək istəmədiyini bildirib:
"Özümə söz vermişəm ki, özümdən başqa heç kimdən danışmayacayam və reklam etməyəcəyəm.
Küsməyə də, barışmağa da vaxtım və səbəbim yoxdur. Mənim kimsəylə problemim
yoxdur, hər şey qaydasındadır. Kimsə özü küsür, açıqlamalar verirsə, onun öz şəxsi
işidir”.
Qeyd edək ki, ikili arasında qalmaqalın alovlanmasına səbəb Elnarə Xəlilovanın Səidənin
toyu haqda səsləndirdiyi fikirlər olmuşdu.
Aysel