Elnarə Xəlilova köhnə "W-Trio” üzvləri ilə daha bir araya gəlməyəcəyini bildirib.
AZXEBER.COM xəbər verir ki, Elnarə, küsülü həmkarları ilə arasındakı münasibətə birdəfəlik son qoyduğunu deyib:
"Mən heç vaxt istəmirəm ki, dedi-qodu və ya qeybətlə yadda qalım. Var hisslər, var münasibətlər. Hissin olması hələ ki, münasibətin olması demək deyil. Böyüklük göstərib hər zaman hissimi etiraf edə bilirəm, o qabiliyyətim var. Çəkinmirəm, utanmıram. Üçümüzü bir arada bir də görə bilməyəcəksiniz. Əvvəllər deyirdim ola bilər, indi isə yox deyirəm”.
Xəlilova, heç bir "W-Trio” üzvü ilə münasibət saxlamadığını etiraf edib:
"Nə yalan deyim, heç biri ilə münasibətim yoxdur. Kimsə özü küsür, özü barışır. Mənim vaxtım yoxdur bunlarla məşqul olmağa”.
Xatırladaq ki, qısa zaman öncə Xalq artisti Röya köhnə dostları Natavan Həbibini və Səidə Sultanı evinə dəvət etmişdi. Elnarə Xəlilovanın onların arasında olmaması isə diqqət çəkmişdi.
Aysel