Elnur Aslanov: Cəbhə xəttində son günlər baş verən hadisələrə görə bilavasitə Ermənistan rəhbərliyi məsuliyyət daşıyır

Elnur Aslanov: Cəbhə xəttində son günlər baş verən hadisələrə görə bilavasitə Ermənistan rəhbərliyi məsuliyyət daşıyır
16:03 09.06.2012
1516
Elnur Aslanov: Cəbhə xəttində son günlər baş verən hadisələrə görə bilavasitə Ermənistan rəhbərliyi məsuliyyət daşıyır Cəbhə xəttində son günlər baş verən hadisələrə görə bilavasitə Ermənistan rəhbərliyi məsuliyyət daşıyır. Bu sözləri Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov jurnalistlərə müsahibəsində demişdir. Prezident Administrasiyasının rəsmisi demişdir ki, Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqeyi hər zaman bölgədə sülhə, əmin-amanlığa ən böyük maneədir və danışıqlar prosesinin uzadılmasında başlıca amil kimi özünü göstərir. Bu, bir daha onu göstərir ki, Azərbaycandan fərqli olaraq, Ermənistan status-kvonun saxlanılmasında maraqlıdır. E.Aslanov demişdir ki, Azərbaycan dəfələrlə status-kvonun bölgə üçün təhlükəli olduğunu bəyan etmişdir. Çünki status-kvo ilə bölgədə nə sülhü, nə əmin-amanlığı, nə də sabitliyi bərqərar etmək mümkün deyildir.
OXŞAR XƏBƏRLƏR