Elnur Aslanov: “Ermənistandan konstruktiv mövqe və rasional yanaşma gözləyirik”

SİYASƏT
12:45 07.11.2013
1242
“ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşdə bir daha vurğuladılar ki, münaqişənin həllində Azərbaycan tərəfi konstruktiv mövqe ortaya qoyaraq danışıqların davam etdirilməsində və bölgədə sülhün, əmin-amanlığın yaranmasında maraqlıdır”.

AZXEBER.COM-un məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasındaAzərbaycan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.

E. Aslanov təəssüflə bildirib ki, Ermənistan müxtəlif dövlət rəsmiləri səviyyəsində dəfələrlə öz qeyri-konstruktiv mövqeyini ifadə edir və ümumiyyətlə, öz siyasəti ilə bölgədə artıq bir xərçəng şişi rolunu oynamağa başlayıb: "Baxmayaraq ki, Ermənistan həm iqtisadi cəhətdən çox çətin bir vəziyyətdədir, həm də siyasi cəhətdən öz qeyri-ardıcıl siyasəti ilə həm Şərqi, həm Qərbi, həm də digər dövlətləri təəccübləndirməyə davam edir, təbii ki, bu məsələlərdə biz Ermənistandan daha konstruktiv addımlar, daha konstruktiv mövqe, daha rasional yanaşma gözləyirik. Güman edirik ki, həmsədrlərin bəyan etdiyi görüşdən sonra Ermənistan öz acınacaqlı vəziyyətini anlayaraq bölgədə daha konstruktiv mövqe tutmağa çalışacaq".

OXŞAR XƏBƏRLƏR