Elnur Aslanov: 'Türkmənistanla bağlı bizim mövqeyimiz açıq və aydındır'
MAQAZİN
13:53 21.06.2012
1917
"Azərbaycan-ABŞ münasibətlərinin daha da dinamik inkişaf etməsi üçün ölkədə səfirin mövcud olması zəruridir". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov ABŞ-ın Azərbaycanda səfir postuna Riçard Morninqstarın namizədliyi barədə sualı cavablandırarkən deyib. Onun sözlərinə görə, müəyyən bir dövr ərzində Azərbaycanda ABŞ səfirinin olmaması və indi yeni səfirin təyinatının reallaşmaq üzrə olması Azərbaycan-ABŞ münasibətlərinin daha da dinamik xarakter alması, istər siyasi, istər iqtisadi, istərsə də digər sahələrdə əməkdaşlığın yeni mərhələyə keçməsinə zəmin yaratmış olacaq.