Elnur bu gün finala çıxa bilər

MAQAZİN
13:42 17.02.2015
2128

“O səs Türkiyə” yarışmasının final günü bəlli olub.Fevralın 18-də “TV 8”də yayımlanacaq gecədə 4 iştirakçı qalibiyyət uğrunda yarışacaq.Bu gün isə 8 iştirakçı arasından ən az səs toplayanlar yarışmanı tərk edəcəklər.Səkkiz iştirakçı arasında həmyerlimiz Elnur Hüseynov da yer alır. Türkiyəli müğənni Ebru Gündeşin komandasında yarışan Elnurun bu günə kimi hər çıxışı maraqla və alqışlarla qarşılanıb.Finala çıxacaq 4 iştirakçı sabah bir neçə mahnı səsləndirəcək.

Bu gün baş tutacaq yarışmada Ebru Gündeşin komandasından – Sahil Əkməkçi, Elnur Hüseynov, Mazhar Alanson və Özkan Uğurdan – Osman Vahid Özdal, Hadisədən – Zeo Jauid və Sarper Arda Akkaya, Gökhan Özoğuzdan Muhamməd Vanal, Əmrah Güllü və Kaya Aslantəpə səhnəyə çıxacaq.

Acun İlıcalının müəllifi və aparıcısı olduğu veriliş Bakı vaxtı ilə saat 22:00-da yayımlanacaq. //axsam.az

OXŞAR XƏBƏRLƏR