Bu sitatlar ondan xəbər verir ki, kişi deyilən şəxs boşboğaz, namərd, arxadan vuran və sair olmaz. Fikrimi bir az da aydınladaraq keçim əsas məsələyə.
“Qurd ağacı həmişə öz içindən yeyir. Bu gün “Neftçi” eynilə bu vəziyyətdədi. 2011/2012 mövsümü başa çatan kimi 8 futbolçunu itirən komanda indi də 3 oyunçuya qapını göstərib. Çempionlar Liqasında “Hapoel” qarşısında 0:4 hesablı məğlubiyyət, Avroliqanın pley-off mərhələsindəki “akulalar”, Premyer Liqada qisas hissi ilə alışıb-yanan rəqiblər… “Neftçi” ağır mərhələyə qədəm qoyub və günü-gündən yaxınlaşan qara bulud nəinki yaxın aylarda, bəlkə də yaxın illərdə yaxşı heç nəyi vəd etmir. Ta ki, qurdlardan xilas olmayana qədər”.
Bu fikirlər mənim deyil. Amma, görünən odu ki, klubun daxilinə bələd olan birisinin fikridi. O, kimdi? O, deyəsən “Neftçi”nin may ayının sonunda ifraz etdiyi və ifrazatının üstündə soxulcan kimi qıvrılan, kök, qırmızı bağırsaq qurdudu. Başqa kim klubun daxilində qurdun olmasından xəbərdar ola bilər?
Həəə… Bu Elnur Əşrəfoğluda ola bilər. Kişi tənqid edib də. O vaxt təpəri çatmırdı deməyə, indi deyir.
Bəli, “Neftçi”nin problemləri böyükdü. Bizdə yazırıq. Amma, sənin kimi birisinin bu problemlərdən yazması yanlışdı. Nədi, itmiş simanı bərpa edirsən?
Sən indi bunları niyə deyirsən?
“Bu gün Tahir Süleymanov bütün iş-gücünü ataraq, menecerliyə girişib. Yəqin, çoxları bilmir ki, “Neftçi”nin vitse-prezidenti Flavinyonun transferinə görə külli miqdarda pul qazanır. Flavinyonun “Neftçi”də 1 illik qazancı 600 min ABŞ dollarına bərabərdi. Süleymanov 2010-cu ilin aprelində Braziliyada olarkən, Flavinyo və onun meneceri ilə hərtərəfli razılığa gəlib ki, “Neftçi”nin prezidentini yaxşı məbləğli müqaviləyə qol çəkməyə razı sala bilsə, burdan öz faizini götürəcək. Nəticədə rəhbərlik 600 min dollarlıq müqaviləyə imza atmağa razı salınıb. Bu isə o deməkdi ki, Süleymanov istəyinə nail olub. Braziliyadakı gizlin anlaşmaya görə, Flavinyo illik qazancının təxminən 14 faizini, daha dəqiqi 80 min dolları vitse-prezidentə verir. “Müqavilə”yə daha bir şərt daxildi. Flavinyo daxili və beynəlxalq yarışlarda qələbələrə görə aldığı pul mükafatını da Süleymanovla yarıbayarı bölməlidi”.
Sən Tahir Süleymanovla birlikdə çalışanda demirdin axı o, menecerdi. Yazmırdın axı, Sadıq Sadıqov hər deyilənlə oturub-durur. Amma, indi tənqidinə baxanda aydın olur ki, Sadıqla Tahir klubu məhv edib. Bəs, sağ olsun Sadıq Sadıqov niyə deyirdin?
Fikir verin, “qəh… rəman” konkret şəxsə yönəlik ittihamlar səsləndirir, amma, Sadıqovu sətir altı vurur. Niyə açıq yazmırsan? Həəə, hələ ümüd edir. Buna sübut kimi, Süleymanova həsr olunmuş silsilə yazılarının birindən sitat: “Aç qapını, mən gəlim”.
Niyə qapı arxasında qaldın? Sənə dedilər axı pis vərdişlərindən əl çək. Klub rəsmisi kimi bukmeyker kantorlarına getməyəydin. Uduzduğun pulları mətbuatın “katyolundan” oğurlamayaydın. “90plus”, “sportal”, “Futbol dünyası”, nə bilim onlarla belə qəzet və saytlara reklam yazıb bukmekerlərə tavan ödəməyəydin.
İndi alnıaçıq, üzüağ mətbuatda kiminsə haqqında fikir bildirmək sənlik deyil. Vaxtında Tahir Süleymanovun, Sadıq Sadıqovun, dediyin “içi qurdlu” klubun nöqsanların həyasızcasına ört-bastır etmək üçün həmkarlarına tülkü deyirdin. İndi kim tülkülük edir? Tale Heydərovdan ekskluziv müsahibə götürüb nə qazlanmısan yenə? “Qəbələ”ni məhv etmək istəyirsən? Nə xahiş etdin ondan? Nə ümüd verdi sənə? İnanmıram ki, sənə bundan sonra hansısa klubda və ya kanalda yer tapıla.
Mənə “başımızın üstündə Allah var” fəlsəfəsi “kaçat” edən “şəxsiyyət” görün nə deyir: “Bəli, menecerlik fəaliyyətindən gələn gəlir Tahir Süleymanovun qarşısında böyük imkanlar açıb. Həyatının son 3-4 ilinə qədər maddi sıxıntılar içində boğulan sözügedən şəxs bu yaxınlarda çoxlarına xəyal kimi görünən bir məkanda – Bakı Funikulyorunun aşağısında, Bəhram Gurun heykəlinin (“Əjdahanın hekyəli” kimi tanınan məkan) yanında çoxotaqlı mənzil alıb. Əlbəttə, bu mənzilə çəkilən xərc “Neftçi”nin vitse-prezidenti postunda ola-ola menecerlikdən milyonlar qatlayan Süleymanovun qazancının cüzi hissəsidi”.
Quşdu e, başdan ayağa. Real düşün. Ordan kim çoxotaqlı mənzil ala bilər? Hər kəsə ordan mənzil almaq “hüququ” verilmir. Bunu heç Sadıq Sadıqov bacarmaz.
Amma, bu daltonik görün nə deyir: “… haqqında bəhs etdiyimiz mənzildən də fotosessiyanı sizə təqdim edəcəyik. Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdı!”
Sən yüz dəfə eşitdirəsən də, bir dəfə göstərə bilməyəcəksən. Bu tülkülükdü! Əlində fotolar olan şəxs yazmır ki, məndə qoz var. Qarşı tərəfin təkzibindən sonra faktı qoyur ortaya. Bu ki, mətbuatın qızıl qaydalarından biridi. Kimə gəlirsən?
Hə, sən fotosesiya yerləşdirib, altından “Tahirin çoxotaqlı mənzili” yaza bilərsən. Amma, bu mənzil hər gün dilənmək, xahiş-minnət üçün üz tutduğun nazirlikdə işləyən qohumlarından birinin evi olar.
Sonda, sənə xoşladığın üslubda bir sözdə deyim. Axı, sən filmlərimizdən sitat gətirməyi xoşlayırsan. Demirəm, yaxşısı budu bax…