Elnur Əşrəfoğlunun səhhəti ilə bağlı YENİ XƏBƏR

Elnur Əşrəfoğlunun səhhəti ilə bağlı YENİ XƏBƏR
SOSİAL
15:17 12.10.2021
878
Koronavirusa yoluxan jurnalist Elnur Əşrəfoğlunun vəziyyəti ağır olaraq qalır.

Bu barədə AZXEBER.COM-a "Yeni Klinika"dan məlumat verilib.

Məlumata görə, E.Əşrəfoğlunun vəziyyəti kritik ağırdır: "Qanama hal-hazırda yoxdur. Bütün dəstək müalicələr davam etdirilir".

Xatırladaq ki, E.Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb. Jurnalist oktyabrın 11-də ECMO cihazından ayrılıb.
OXŞAR XƏBƏRLƏR