Azərbaycanın bu ilki “Eurovision” təmsilçisi Elnur Hüseynovun fotosu Almaniyada nəşr olunan “mavi” jurnalı “Männer “in sonuncu nömrəsinin üz qabığını bəzəyir.
Virtualaz.org saytı https://oikotimes.com/ portalına istinadla xəbər verir ki, jurnal onun fotosunu üz qabığına çıxarıb və Elnur Hüseynovun mahnısının bu ilki yarışmanın “ən yaxşı mahnısı” olduğunu yazıb. “Mavi”lərin jurnalı hesab edir ki, bu səbəbdən yarışmanı Elnur Hüseynov udmalıdır.
Elnur Hüseynov isə Twitter-də buna münasibət bildirərək jurnalın onun fotosunu üz qabığına çıxarmasından təəcübləndiyini, ancaq buna görə minnətdarlıq etdiyini bildirib. Müğənni yazıb ki, hansı səbəbdən jurnalın ona belə diqqət göstərdiyini bilmir, ancaq redaktorlara fotosunu üz qabığında dərc etdikləri üçün təşəkkür edir.
