Elnur Hüseynovun promoturu

MAQAZİN
16:24 10.04.2015
1606

O, bu gün Riqaya çatıb.

“Eurovision” mahnı müsabiqəsinin saytında təmsilçimiz Elnur Hüseynovun promoturu barədə “Azerbaijan: Elnur's promo tour starts today” başlıqlı yazı yer alıb.AZXEBER.COM müsabiqənin rəsmi saytına istinadla xəbər verir ki, məqalədə bu gün E.Hüseynovun Riqa şəhərinə çatdığı və orada mətbuat konfransı keçirəcəyi yazılır. Daha sonra müğənni “Riga-2015” tədbirinə qatılacaq.

E.Hüseynov promotur çərçivəsində aprelin 13-də Budapeşt televiziyasında çıxış edəcək. Təmsilçimiz aprelin 18-də Amsterdamda keçiriləcək “Eurovision In Concert” tədbirindəiştirak edəcək. Aprelin 24-də isəMoskvada “Pre-Eurovision Concert” tədbirinə qatılacaq.

Həmin məqaləni aşağıdakı linkdən ingilis dilində oxuya bilərsiniz: https://www.eurovision.tv/page/news?id=azerbaijan_elnurs_promo_tour_starts_today

Xatırladaq ki, Elnur Hüseynov müsabiqədə ölkəmizi“Hour Of The Wolf” mahnısı ilə təmsil edəcək.

OXŞAR XƏBƏRLƏR