Tanınmış müğənni Elnur Məmmədov yeni mahnısını və yeni klipini təqdim edib.
AZXEBER.COM-un məlumatına görə, "Gün olar" adlanan mahnının söz və musiqisi Aygün Quliyevaya, aranjimanı isə Elvin Musayevə məxsusdur.
Klipin ideya müəllifi Aygün Quliyeva, operatoru Rauf Qurbanəliyevdir.Elnur "Gün olar" klipində Azərbaycanın bir çox məşhur modelini bir araya gətirib.Mahnı bu gündən etibarən radiolarda səslənməyə başlayıb.