Elnur Məmmədov atdan yıxılıb

Elnur Məmmədov atdan yıxılıb
MAQAZİN
11:35 19.03.2026
227
Elnur Məmmədov klip çəkilişində təhlükəli anlar yaşayıb.
 
AZXEBER.COM xəbər verir ki, sənətçi yeni təqdim etdiyi "Nərgiz" mahnısının klip çəkilişi zamanı atdan yıxıldığını açıqlayıb.
 
"Günə bax" verilişində bu haqda danışan ifaçı, həyatda qaldığı üçün şükr edib:
 
"Bir neçə gün öncə klip çəkilişi zamanı təhlükə ilə üzləşdim. Bəlkə də bu gün həyatda olmaya, ya da hansısa xəstəxananın reanimasiya şöbəsində ola bilərdim.
 
Çəkiliş zamanı ən hündür atı mənə gətirdilər. Atın üstündə olarkən at drondan hürkdü, şahə qalxaraq məni və özünü yerə yıxdı. Ayağım ata bərk bağlı idi. Allah möcüzə yaratdı və sanki məni o qəzadan sağ çıxartdı. Yoxsa bu gün burda olmaya bilərdim. Hər iş dalınca gedəndə anamın xeyir-duasını alaraq gedirəm. O məni hər şeydən qoruyur".
 
Aysel 

OXŞAR XƏBƏRLƏR