Elnur Məmmədov "Azərbaycanın qış nağılı"nı təqdim etdi - VİDEO

Elnur Məmmədov "Azərbaycanın qış nağılı"nı təqdim etdi - VİDEO
MAQAZİN
10:31 01.01.2026
156
Müğənni Elnur Məmmədov estrada ulduzlarının iştirakı ilə çəkilmiş "Azərbaycanın qış nağılı" layihəsini təqdim edib.
 
AZXEBER.COM xəbər verir ki, sözləri Kəmalə Rüstəmzala, musiqisi isə Givi Usanaşviliyə aid olan layihənin ideası Elnur Məmmədova, ssenari müəllifliyi isə müğənni ilə Maqsud Məmmədova məxsusdur.
 
Layihəyə ekran həyatını isə Emin Muradov verib.
 
Klip maraqlı süjet xətti ilə yanaşı layihədə yer alan estrada ulduzları ilə də diqqət çəkib.
 
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında ərsəyə gələn layihədə xalq artistləri Faiq Ağayev, Tünzalə Ağayeva, əməkdar artist Lalə Məmmədova, müğənnilər Samira AliMaryam, İradə İbrahimova, Natavan Həbibi, İlhamə Qasımova, Aysel Əlizadə, Günay İbrahimli, Dilarə Kazımova, Samir Cavadzadə, Eldar Qasımov və Elnur Məmmədov yer alıblar.
 
 

 

 


OXŞAR XƏBƏRLƏR