Elnur Məmmədov Dağıstan Prezidenti ilə görüşdü - VİDEO

Elnur Məmmədov Dağıstan Prezidenti ilə görüşdü - VİDEO
MAQAZİN
23:09 15.05.2017
2381
Tanınmış müğənni Elnur Məmmədov Dağıstanda səfərdə olub.
 
AZXEBER.COM-un məlumatına görə, Elnur səfər zamanı Dağıstanın prezidenti Ramazan Abdulatipovla görüşüb. Prezident Elnurun Dağıstan haqda ifa etdiyi mahnı və bu mahnıya çəkilən klipə görə müğənniyə təşəkkür edib.
 
Səfər çərçivəsində müğənniyə hədiyyələr verilib. Səfəri haqda təəsüratlarını paylaşan Elnur deyib: "Səfər zamanı Dağıstan Respublikasının Prezidenti ilə görüşdüm. Prezident bizi çox isti və səmimi şəkildə qəbul etdi, Dağıstan mədəniyyət verdiyimiz töhfələrə görə təşəkkür etdi. Eyni zamanda səfər zamanı deputat Abdulatipov Rəcəb Hacımuradoviçlə, Maqomed Cəliloviçlə də görüşdük. Bir daha səmimiyyətə görə Dağıstan Respublikasının rəhbərliyinə təşəkkür edirəm”.
 
Qeyd edək ki, Elnur Məmmədov bundan öncə də Dağıstan Respublikasında səfərdə olmuş və şəhər administrasiyasının rəhbərliyi ilə görüşmüşdü.
 
Müğənninin Dağıstan səfəri zamanı hazırlanmış videonu təqdim edirik:

 

 


 

 

 

 


OXŞAR XƏBƏRLƏR