"Ermənistanın Azərbaycana qarşı sərt qərarlar qəbul etdirmək cəhdləri uğursuzluqla nəticələndi"

"Ermənistanın Azərbaycana qarşı sərt qərarlar qəbul etdirmək cəhdləri uğursuzluqla nəticələndi"
SİYASƏT
11:53 08.12.2021
459
"Azərbaycan Vətən müharibəsindən sonra işğala son qoyduğunu və münaqişənin bitdiyini nəzərə alaraq Ermənistana qarşılıqlı surətdə ərazi bütövlüyünü tanımaq şərtilə sülh sazişinin imzalanmasını, delimitasiya və demarkasiya işlərinin ikitərəfli formatda keçirilməsini təklif etmişdi”.

AZXEBER.COM xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı qaldırdığı iddiasının təmin olunmaması ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

"26 noyabr tarixli Soçi bəyanatında ikitərəfli komissiyanın yaradılması istiqamətində işlərin aparılması da nəzərdə tutulub. Bu çağırış da Azərbaycanın siyasi gündəliyi ilə üst-üstə düşür. Beləliklə, Ermənistan Azərbaycana qarşı bu mərhələdə Beynəlxalq Ədalət Məhkəməsində sərt qərarlar qəbul etdirməklə siyasi xal qazanmaq cəhdləri uğursuzluqla nəticələnidi. Artıq bu prosesi daha uzun bir mərhələdə izləyəcəyik”, - o deyib.
OXŞAR XƏBƏRLƏR